Fidan Niftiyeva

Erhenrang'da Bir Geçit Alayı
Gerçeğin hayal gücüyle ilgili bir mesele olduğunu öğrettiler bana.
Sayfa 18 - Ayrıntı·Kitabı okuyor
Alıntı
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Mən özüm gedib özümü ədalət divanına təslim edəcəyəm. Yox, yox, onu Şillerin idealları edə bilər. Səfillər padişahı Oqtay Eloğlu onu etməz. Mən dünyada ədalət divanı adına bir şey tanımıram. Hamısı yalandır! Yalan deyir Şiller. Mən yenə ancaq bu zavallı xalqı tanıyır, ona müraciət edirəm. Ona təslim oluram. Son söz onundur. Qoy o söyləsin: kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padişahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şillerin özümü?
Sayfa 96·Kitabı okudu
Alıntı
Səfil xalq, nə bağırırsan! Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan, öl!
Sayfa 85·Kitabı okudu
Alıntı
-Bu divar nədəndir? -Daşdan. - Bəs bu nədir? Bu nə üçündür? - O da kağızdır. O, bəzəkdir. - Axı bu ki, altun deyil, doğruçu altun deyil. - O, süni bəzəkdir. Kağızsız divar olurmu? - Süni, hər şey süni! Sanki bu süni bəzək olmazsa, işlər keçməz. Axı neçindir bu süni bəzəklər? Zavallı bəşəriyyət, neçin həqiqəti gizlədirsiniz? Cırın onu! Bax belə! Qoyun bu çirkin qara daşlar olduğu kimi, bütün dəhşətilə görünsünlər. Daşdır, qoy daş görünsün. Neçin gizlədirsiniz? O, çirkin də olsa, həqiqət olduğu üçün gözəldir.
Sayfa 61·Kitabı okudu
Alıntı
Xalq və "mən" - bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O, böyük bir vahidin kiçik bir parçasıdır.
Sayfa 16·Kitabı okudu
Alıntı