"Şahmat" əsərində fikrimcə əsas məsələ bu idi ki, insanın işgəncə çəkməsindən daha ağır şey onun yalnız olması,heçnə edə bilməməsi qısacası,bomboş bir heçlik içində olmasıdır.İşgəncə fiziki cəhətdən zərər verir və zamanla o yaralar sağalır,amma Dr.B-yə edilən bu əzab sözün əsl mənasında ona psixoloji işgəncə idi kii,bu da onda asan-asan yox olmadı.
Mirko Czentovic isə dünyava tanınmış şahmatçı idi,halbuki onun necə bu yerlərə gəlib çıxdığı hələdə mənə maraqlıdı.Heç bir elmi sahədə uğurları olmayan,normal şəkildə fikirlərini ifadə edə bilməyən,kitabda yazıldığı kimi "ağır işləyən beyni" ilə,hətta bir zamanlar hərfləri belə çətinliklə öyrənən biri üçün buralara gəlib çatmaq çox qəribədi.
Məncə kitabda həmçinin bir şeyə çox bağımlı olmamalı olduğumuzu da göstərir.Necə ki Dr.B-nin sadecə məşğuliyyət üçün öyrəndiyi şahmat kimi.Bu zaman insan beyni sadecə ona fokuslanır və başqa birşey düşünmür.Hətta o həddə gəlib çıxırki,insan yeyib-içməyi belə bir kənara qoyur,eyni Dr.B kimi...