Fidan Naghiyeva

Fidan Naghiyeva
Based on a True Story
Engineer
Master of Intelligent Systems
Baku
15 Eylül 2000
87 okur puanı
Haziran 2020 tarihinde katıldı
Puan vermedi·240 syf.··
2022 2. kitabı
·
38 günde okudu
·
Okunma: 09 Şubat 2022 15:51
“İnsanlar bir-birinə çiçək hədiyyə verir, çünki sevginin əsl mənası çiçəklərdə gizlənir. Çiçəyə sahib olmaq istəyən şəxs onun gözəlliyinin get-gedə necə solduğunu görəcək. Amma, kimsə çöldə bir çiçəyə baxırsa, həmişə onunla olacaq. Çünki, o çiçək o gecənin, o batan günəşin bir parçasıdır, o nəm torpağın qoxusu ilə, üfüqdəki o buludlarla birdir. Meşə mənə bunları öyrədib. Sən heç vaxt mənim olmayacaqsan, elə ona görə də həmişə mənimlə olacaqsan.” Paulo Coelho’nun qələmini tanımayan çox az saysa oxucu var, fikrimcə. İndiyə qədər onun qələmini hər dəfəsində daha çox bəyənsəm də, bu kitab ya çox ağır idi, ya da tərcüməsi uğurlu alınmamamışdı. Kitabda keçən fikirləri çox bəyəndim, paylaşımlarıma baxaraq buna əmin ola bilərsiniz :) Tərcüməsi biraz daha aydın olsa idi, çox axarlı kitab ola bilərmiş. Amma, yenə də, əsl sevgi, Tanrı, ailə, məqsədlər və mənliyi özündə əks etdirən əsər oldu. Və sonda, o möhtəşəm cümləni qeyd edirəm, “Əgər, bir Tanrı varsa, bu cəsarətlilər Tanrısı olardı. Çünki, hamımız inanmadığımız halda onu axtarırıq. Məgər, bu cəsarət deyil?”
BridaPaulo Coelho · Can Yayınları · 20213,962 okunma
Reklam
Puan vermedi·244 syf.··
2022 1. kitabı
·
19 saatte okudu
·
Okunma: 02 Ocak 2022 12:06
Mett Heyqin “Sağ qalmaq üçün səbəblər” kitabı 2021-ci ildə Azərbaycanda intihar statistikasının kəskin artması səbəbi ilə Teas Press və Libraff’ın əməkdaşlığı sayəsində oxuyuculara pulsuz verilmişdi. Libraff’a yaxınlaşıb kitabın adını demişdim və pul vermədən kitabı almışdım. Kitabı alma məqsədim o idi ki, hər bir kitabsevər kimi evimdə kitablarımın sayı çoxalsın. O zamanlar bu kitabı oxumağı düşünməmişdim, nə vaxtsa oxuyacağımı düşünmürdüm, çünki o qədər depressiv bir insan olmadığımı bilirdim və ya düşünürdüm:) Son aylarda çox ağır depressiya keçirirdim, psixoloqlarla əlaqə saxlayırdım, amma ya psixoloqun düşüncəsini bəyənmirdim, ya da düşüncəsini bəyəndiyim psixoloqlar 1 saat üçün 150+ ödəniş istəyirdilər. Düşünürəm ki, 1 seansa 150-200 azn versəydim, depressiyam daha da artacaqdı 2 gün əvvəl, təsadüfən, rəfdə bu kitabla qarşılaşdım. Düzü, kitabı oxuyarkən gözləntim, sadəcə, tək olmadığımı bilmək idi, amma gözləntimin üstündə nəticəsi oldu. “Kitabda heç ağlıma gəlməyən müalicə üsulları var” desəm, yalan danışmış olaram. Hər kəsin bildiyi şeylər idi, lakin, yazıçının səmimiyyəti ilə qarışmış cümlələr söz yığınından daha artığını hiss etdirir insana. Sanki, bir dostunuzla oturmusunuz, söhbət edirsiniz. O sizə öz yaşanmışlığından məsləhətlər verir, siz də dinləyirsiniz. Depressiya keçirən, çox düşünən, zehnini yük kimi hiss edən insanlara tövsiyəm odur ki, heç kimə bu haqda uzun-uzadı danışmayın. Çünki, heç kim başa düşmür, siz isə danışdıqca biraz daha dərinliyə qərq olursunuz. Ona görə, Mett Heyq rəisi dinləyərək (oxuyaraq :)) özünüzə suallar verib, özünüzlə danışaraq, bəlkə yazaraq, ya da mənim kimi şəkillər çəkərək daxili dünyanızı görə bilərsiniz. Əmin olun ki, gördükdən sonrası çox asandır. İnsan hər zaman görmədiyindən, bilmədiyindən qorxur. “Depressiya
Sağ Qalmaq Üçün SəbəblərMatt Haig · Teas Press · 20182,690 okunma
10/10
·292 syf.··
Beğendi
·
2020 19. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Ekim 2020 23:02
Sözə haradan başlayım, bilmirəm. Ailə, sevgi, dostluq, sözlər və sözlərə sığmayan duyğular... Kitabda bir səhifə deyil, bir cümlə belə ağlatmağı, güldürməyi, qürurlandırmağı bacarır. Hər yeni cümlədən bir həyat öyrəndim, sanki.. Amma bunları izah etmək çox çətindi. Jack London’un da dediyi kimi “Nə qədər çətin imiş - hissləri, duyğuları kağızda, yaxud danışanda elə sözlərlə ifadə edəsən ki, eşidən, yaxud oxuyan da hər şeyi eynilə sənin kimi hiss etsin” Kitabı oxuduqdan sonrakı Sizlə, əvvəlki siz arasında uçurumu xatırladan fərq olacaq. Hər bir çətinlikdə ayaq üstə qalmağı bacaran, təbiətı, xüsusilə, okeanı fərqli baxış bucağından görən, ailə faktoruna daha çox önəm verən və ən əsası, saçınızın ağarmamasından asılı olmayaraq, 60 illik təcrübəyə sahib olan yeni bir Siz olacaqsınız. Oxumağı düşünməyin, elə oxuyun! Elçin Safarli
Mən Qayıdanda Evdə OlElçin Safarli · Teaspress Nəşriyyatı · 2020163 okunma