Nemo

Hər insanın hüququ daha güclü birinin istəkləri başlayan yerdə bitir.
Sayfa 290·Kitabı okudu
Reklam
Həyat, həqiqətən, çox qəribədir: bütün kartların öz əlində olduğunu düşündüyün zaman səninlə başqa bir oyun oynamağa başlayır. - Onda sən də oyundan çıx, heç birimiz həyatla onun istədiyi oyunu oynamağa məcbur deyilik.
Sayfa 255·Kitabı okudu
Kimdən soruşsan, “qanun qarşısında hamı bərabərdir” deyər, ancaq iş özlərinə gələndə başqa cür düşünməyə başlayırlar. Ədalət yaxşıdır, ancaq şəxsi marağımıza zidd olana qədər. Çox qəribədir, hamıya şamil edib, dəstəklədiyimiz qanunlardan özümüzü asanlıqla istisna bilirik. Hamı da belə düşünür, hamı…
Sayfa 226·Kitabı okudu
Bu, siyasətdir. Çox iyrənc bir oyun. Burada ədalət, rəhm, mərdlik anlayışları mövcud deyil. Siyasətdə milli mənafe, ölkənin mənafeyi deyilən anlayışlar daha öndədir. Bu mənafe də gah bu, gah da tamam başqa işə hökm edir.
Sayfa 204·Kitabı okudu
9/10
·487 syf.··
2026 1. kitabı
·
15 günde okudu
·
Okunma: 30 Ocak 2026 21:41
Əsər Qərbi Azərbaycan həqiqətlərini hekayə formasında, lakin bütün xırdalıqlarına qədər, insan ruhuna toxunacaq dərəcədə izah edir. Kitabı oxuduqca erməni vəhşiliklərini sanki həmin vaxt orada olmuş və gözləri ilə görmüş kimi dərk edirsiz. Deyə bilərəm ki, kitab Qərbi Azərbaycan haqqında oxuduğum ilk və məndə ən çox yer edən kitabdır. Axıcıdır, oxuduqca oxumaq, məlumatlanmaq, tariximizin qanlı səhifələrinə daha da yaxınlaşıb toxunmaq istəyirsiniz. Asif Muradzadə ilk və bu qədər uğurlu alınan əsəri münasibətilə təbrik edirəm.
Ayrılığın Sonu VarmışAsif Muradzadə · Təhsil Nəşriyyat · 20251 okunma
Reklam