Gələcək axirət əzablarının qorxusu insanlara indiki real həyatda xoşbəxt olmaq haqda düşünməyə yalnız mane olur. Axirəti o qədər düşünürük ki, dünyamızı tamam unuduruq. Öləndən sonraki səadəti o qədər xəyal edirik ki, dünyada xoşbəxt olmaq yadımızdan çıxır.
Tanrı bizə “Mən yer üzündə Öz xəlifəmi yaradacağam” deyəndə bunlarımı nəzərdə tuturdu?! Aciz, zəif, tez təslim olan, mənasız həyat yaşayan, bir-birinin ətini yeyən insanları?