Giulbas Kazimova

Giulbas Kazimova
Translator
Translation
Baku
Georgia, 22 Ekim 1997
35 okur puanı
Ekim 2017 tarihinde katıldı
Şu anda okuduğu kitap
Gələcək və Heçlik
Bir nəzəriyyə o vaxt həqiqət kimi qəbul oluna bilər ki, haqqında bəhs etdiyi mövzunu hərtərəfli və dərindən izah etsin, dəlillər gətirsin, irəli sürdüyü ideyanı məntiqlə elə başa salsın ki, heç kim ora “burun soxa”, müdaxilə edə bilməsin. Əgər bir nəzəriyyədə kimsə nəyisə dəlillə və məntiqlə inkar edirsə, deməli, o nəzəriyyə həqiqətdən uzaqdır.
Sayfa 20 - Teas Press·Kitabı okudu
Reklam
Böyük dəyişikliklər çox vaxt sıçrayış etmək üçün imkan toplamağa kömək edən çoxsaylı əməllərin nəticəsi olur.
Sayfa 25 - Qanun Publishing·Kitabı okudu
Mənə elə gəlir ki, özünü sevmək özünü heç vaxt və heç nəyə görə tənqid etməməkdən başlayır. Tənqid bizi dəyişmək istədiyimiz düşüncələrin çərçivəsinə salır. Özünüdərk və özünə qarşı mərhəmət bizə bu çərçivədən çıxmağa kömək edəcək.
Sayfa 21 - Teas Press·Kitabı okudu
Heç kim heç kimdən üstün deyil, heç kim heç kimə tabe deyil, hər kəs unikaldır. Fiziki baxımdan da bərabər olmaq qeyri-mümkündür. Hər kəs Albert Eynşteyn, ya da Rabindranat Taqor ola bilməz. Amma bu o demək deyil ki, əgər sən Rabindranat Taqor ola bilmirsənsə, o səndən üstündür. Əlbəttə, Taqor da sən ola bilməzdi. Dediyim odur ki, hər kəs unikal bir təzahürdür. Deməli, biz bərabərlik, bərabərsizlik, tabelik anlayışlarını unikallıq anlayışı ilə əvəz etməliyik. Hər bir fərd unikaldır.
Sayfa 22 - Qanun Publishing·Kitabı okudu
Sən bu dünyaya ağac kimi yox, toxum kimi gəlmisən. Elə yaşamalısan ki, bu toxum böyüyüb çiçək açsın. Belə olan halda həyatdan məmnun qalacaqsan. Bu toxumun böyüyüb çiçək açmasının pulla, güclə, siyasətlə heç bir əlaqəsi yoxdur. Bu sənin özündən asılıdır. Bü, fərdi bir prosesdir.
Sayfa 8 - Qanun Publishing·Kitabı okudu
Reklam