Heç kim heç kimdən üstün deyil, heç kim heç kimə tabe deyil, hər kəs unikaldır. Fiziki baxımdan da bərabər olmaq qeyri-mümkündür. Hər kəs Albert Eynşteyn, ya da Rabindranat Taqor ola bilməz. Amma bu o demək deyil ki, əgər sən Rabindranat Taqor ola bilmirsənsə, o səndən üstündür. Əlbəttə, Taqor da sən ola bilməzdi.
Dediyim odur ki, hər kəs unikal bir təzahürdür. Deməli, biz bərabərlik, bərabərsizlik, tabelik anlayışlarını unikallıq anlayışı ilə əvəz etməliyik.
Hər bir fərd unikaldır.