İş dünyası palçıq kimidir.
Necə gəldi yaradılıb, toxunsan, əllərinə bulaşar,
batarsan, məhv olarsan.
Lakin usta əlindən çıxmış,
biçiminə, təmizliyinə görə mükəmməl bir iş
görülməyə layiqdir hər zaman.
Yunanların șərab və yağ saxladığı amforalar,
taxıl küplər indi muzeylərdə sərgilənsə də,
bilirik, əslində, onlar nə üçün hazırlanmışdı..
Boș səhəngin həmişə suya ehtiyacı var.
insanın isə bir işə...
Təbiət qanunları insan cisminin hüceyrələrinə şamil olunmur. İnsan təbiətin himayəsinə girərək cəsədə çevrilir. Yer üzündə insandan kamil heç nə yoxdur. Həyat cismimizi tərk edənədək görünən aləm bizim üçün qoruyucu rol oynayır, sonra isə tamamilə məhv etməlidir. Bu halda, insan cisminin hüceyrələri haradan, hansı dünyadandır?
Əgər əvvəlcə nəsə yeyib, sonra ölübsənsə, cismində həyatı təmin edən qida ölümdən sonra yalnız çürüməni sürətləndirir.
Bu isə o deməkdir ki, təbiət həyatı yaratmır, ona yalnız sığınacaq verir.