Kitab həm ümid, həm də hüzün hiss etdirir, sözlər insanın içini oyadır. Nastenkanın varlığı və eyni zamanda uzaqlığı hisslərimi dərindən təsirləndirdi. Həqiqətən də oxuduqca özümü onun hekayəsində tapdım.
“Stokin Gündəliyi” kitabını oxuyanda sanki öz həyatımı oxudum. Stoizm fəlsəfəsinə uyğun yaşamağa çalışıram və bu kitab mənə həm ilham verdi, həm də baxışımı daha da möhkəmləndirdi. Hər səhifəsi düşündürücü və motivasiyaedici idi, gündəlik həyatda sakitlik və dərin anlam tapmaq üçün mükəmməl bir bələdçi oldu. Həqiqətən də mənim həyat fəlsəfəmə çox uyğun gəldi və oxumağı hər kəsə tövsiyə edirəm.