Bir nəzəriyyə o vaxt həqiqət kimi qəbul oluna bilər ki, haqqında bəhs etdiyi mövzunu hərtərəfli və dərindən izah etsin, dəlillər gətirsin, irəli sürdüyü ideyanı məntiqlə elə başa salsın ki, heç kim ora “burun soxa”, müdaxilə edə bilməsin. Əgər bir nəzəriyyədə kimsə nəyisə dəlillə və məntiqlə inkar edirsə, deməli, o nəzəriyyə həqiqətdən uzaqdır.