"İnsan doğularkən zəif və zərifdir. Ölümü çatanda isə möhkəm və güclüdür. Bütün məxluqlar və bitkilər zəif və zərif, məhv olanda isə quru və çürük olurlar. Möhkəm və güclü ölməkdə olan, zəif və zərif isə yaşamağa başlayandır. Ona görə də güclü ordu qalib gəlmir, möhkəm ağac isə məhv olur. Güclü və qüdrətli zəif və zərifin sahib olduğu üstünlüyə sahib deyil".
Bu yanılma özünü həyatın müxtəlif sahələrində göstərir. İşimi- zin nə dərəcədə faydalı olduğu haqda düşünmək əvəzinə, uzun saatlar ərzində işləmək barədə düşünürük. Sağlamlığımızın qey- dinə qalmaq əvəzinə, 10 min addım atmaq barədə qayğılanırıq. Ətraf aləmlə maraqlanmaq, tənqidi düşünmək və öyrənmək arzusu aşılamaq əvəzinə, uşaqları standart testləri həll etməyə sürükləyi
rik. Nəticədə uğurumuzu ölçdüyümüz göstəricilər çərçivəsində mükəmməlləşirik. Yanlış göstəricilərə yönəliriksə, davranışımız da yanlış olacaq.
Bəzən bu yanılmanı Qudhart qanunu adlandırırlar. İqtisadçı Çarlz Qudhartın şərəfinə adlandırılmış prinsipdə deyilir: "Göstərici məqsədə çevrilirsə, keyfiyyətli göstərici olmaqdan çıxır. Ölçü sizi içinə çəkəndə yox, istiqamətləndirəndə və inkişafın daha geniş rəsmini tamamlamağa xidmət edəndə yaxşıdır. Axı hər bir rəqəm dəyişikliyin yalnız bir hissəsini əks etdirir.
Vərdişi məhv edən birinci boşluq deyil, birincinin ardınca gələn digər boşluqlardır. Birinci boşluq təsadüfdür. Arxa-arxaya iki boşluq yeni vərdişin başlanğıcıdır.
Ani mükafatı üstün tutmağa meyillilik uğur haqqında əhəmiyyətli həqiqəti açır: bu şəkildə formalaşdığımıza görə əksər insanlar gününü ani zövqlərin ovuna çıxaraq keçirir. Az gedilmiş yol təxirə salınmış mükafat yoludur. Gözləməyə hazırsınızsa, yolunuzda daha az rəqabətə rastlayacaq və daha çoxunu əldə edəcəksiniz. Atalar sözündə deyildiyi kimi – asta gedən uzaq gedər.
Bir qayda olaraq, pis vərdişin ani nəticəsi məmnunluqla müşayiət olunur. Amma son nəticə yaxşı heç nə vəd etmir. Yaxşı vərdişlərdə hər şey əksinədir: hazırkı nəticədə heç bir həzz yoxdur, amma əvəzində gələcək nəticə çox şey vəd edir. Fransız iqtisadçı Frederik Bastia bu məsələni dəqiq təsvir edib: “Demək olar, həmişə ani nəticə xoş olursa, daha sonrakı nəticələr dağıdıcı və əksinə
olur... çox tez-tez vərdişin ilk bəhrəsi nə qədər şirindirsə, sonrakı bəhrəsi bir o qədər acıdır".