Yeni vərdişləri təsirli şəkildə qurmazdan əvvəl indiki vərdişlərimiz üzərində nəzarət əldə etməyimiz lazımdır. Bu, göründüyün dən daha çətin ola bilər. Çünki vərdiş həyatımıza dərin kök atıbsa, o, biixtiyar və avtomatikdir. Vərdişi dərk etmirsinizsə, onu yaxşı tərəfə dəyişmək çətindir. Psixoloq Karl Yunqun dediyi kimi, şüursuzu şüurlu hala gətirməyincə o, həyatınızı idarə edəcək və siz buna qismət deyəcəksiniz