Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
-Əgər hər şey torpağa gömülməyə məhkum isə və nəhayət, Yer kürəsinin qabığı ilə bərabər soyuyacaqsa, sonra da milyonlarla il mənasız və məqsədsiz bir halda günəşin ətrafına dolanacaqsa- əcəba, beyin mərkəzləri və qırışıqları, görmə, danışma qabiliyyəti, xüsusi hisslər, düha nə üçünmüş? Soyumaq və sonradan günəş ətrafında mənasızcasına hərlənmək üçün, yoxluqdan yüksək və bəlkə də ilahi ağla malik insan yaratmaq, sonra da onu sanki lağa qoymaq üçün torpağa çevirmək nəyə lazımmış?
Mütəfəkkir adam öz həyatının mənasını və məqsədini bilmək istəyəndə, ona demirlər, ya da sarsaq şeylər söyləyirlər, o, qapını döyür, amma açan olmur; ölüm də onun iradəsinə zidd olaraq onu yaxalayır. Həbsxanada ümumi bədbəxtliklə bir-birinə bağlı olan adamlar bir yerə toplanarkən özlərini yüngül hiss etdikləri kimi, həyatda da analizə və ümumiləşdirməyə nail olan adamlar bir yerə toplanıb, vaxtlarını məğrur və azad ideya mübadiləsi ilə keçirdikdə, tələdə olduğunu hiss etmirsən. Ağıl bu mənada əvəzedilməz bir zövqdür.
Bir də əgər adamlar özlərinə xəstəxana açmışlarsa və buna dözürlərsə, demək, bu onlara lazımdır, mövhumat və bütün bu məişət pozğunluqları, murdarlıqlar lazımdır, çünki bunlar, zaman keçdikcə, peyinin qaratorpağa çevrildiyi kimi, faydalı bir şeyə çevrilirlər, dünyada heç bir yaxşı şey tapılmaz ki, onun ilk mənbəyində murdarlıq olmasın.