Gönderi

Nəfs bədəndən çıxdığı zaman dünyadan hansı vərdiş ilə ayrılarsa, axirətdəki şəkili də o vərdişə uyğun surət alır və bərzəx gözü ilə onu görər. Əgər gözü olsa bərzəx gözünü açdığı zaman özünü müşahidə edər. İnsanın bu dünyada sahib olduğu surətə axirətdə də sahib olacağı haqqında bir qayda mövcud deyil. Allah Təala həşr zamanında bəzilərinin belə dediyini xəbər verir: '-Allahım! Nə üçün məni kor həşr etdin? Halbuki mən dünyada görürdüm. Ona deyiləcək: '+Sən dünyada ayələrimizi unutdun. Bu gün də sən unudulacaqsan.' /Taha,124-125
·
31 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.