Gönderi

İrvin D. Yalom
8/10
·432 syf.··
Beğendi
·
2021 8. kitabı
·
33 saatte okudu
·
Okunma: 19 Ocak 2021 15:26
Tanımadığım yazarların kitabın oxumaq tez-tez elədiyim bir şey deyil. İrvin Yalom bu yazarlardan idi mənimçün. Amma kitabın adında əksəriyyətin tanıdığı yazar Nietzsche'nin adının keçməyi diqqətimi çəkdi. İrvin Yalomu tanımamağımıda öz cahilliyimə verirəm. Keçək kitaba. İlk öncə kitabın çox axıcı yazılmış fəlsəfi romanlardan olduğunu deyim. Yalom bu əsəriylə fəlsəfəylə maraqlananlara daha çəkici və sadə dillə yazılmış bir roman ərsəyə gəitirib. Nietzsche dövrünün tanınmamış, kitablarının oxunmadığı və xəstəliklərnən mübarizə aparan bir filosofdur. Özünün xəbəri olmadan (daha) heç sevmədiyi bir qadının (Salome) təkidi ilə Viyanada Breuer adlı çox tanınmış bir həkimə müraciət edir. Bu müraciətinin xəstəlikləriylə bağlı olduğunu düşünsədə Dr. Breuer daha çox filosofun ümidsizliyinə yönəlik, psixoloji bir müalicə üçün yanına göndərildiyini bilir. Bütün açmazlar bundan sonra başlayır. Sonrada dostlaşacaq olan bu iki nəfər arasındakı dialoqlar möhtəşəm incəliklə yazılıb. Diqqətli oxucular üçün çox şey öyrəniləsi bir əsərdir. Freud'unda adının tez-tez yer aldığı bu əsərin oxumağa dəyər fəlsəfi roman olduğunu düşünürəm. Sonda yazarın notlarınıda mütləq oxumağınızı tövsüyyə edirəm. Bir növ aydınlanma kimi düşünün onu. Xoş mütailələr.
Felsefe
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202469,9bin okunma
·
37 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.