Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bu gün genç şairlerimizden Revan Cavidin doğum günü. En sevdiyim şiiri bu :)
Kimə desəm, inanmır – dənizə qar yağmışdı, qağayılar mavidi, mandarinlər çəhrayı. Kimə desəm, inanmır – səni çağırmaq azan, səni gözləmək səcdə, səni sevmək bir ayin. Kimə desəm, inanmır – bu nağılın alması Həvvanın günahıdı, Adəmin cəzasıdı. Kimə desəm, inanmır – Firon yenə yuxuda, Yusif yenə quyuda, Züleyxa dözəsidi. Kimə desəm, inanmır – sənə qədər yolların izini itirmişəm, cığırları pozmuşam. Kimə desəm, inanmır – Ay Günəşdə yox olub, səma dənizdə batıb, həm gündüzəm, həm axşam, həm Allaham, həm adam, həm övliya, həm nadan – kimə desəm, inanmır. Kimə desəm, inanmır – səni sevmək dünyanın ən gözəl hadisəsi, ən bəyaz möcüzəsi. Səni gözləməyim də səbrimin sahilinə mirvarilər düzəsi – kimə desəm, inanmır. Biri olur, biri yox; uzun-uzadı nağıl, Allahı yuxu tutdu? Nəsə uzanır nağıl... Mənə bir il də möhlət, gəlib çatacam sənə, bir əlimdə göyərçin, birində alma yenə.
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.