Rəvan Cavid

Mavi Boyalı Ev yazarı
Yazar
7.5/10
1 Kişi
5
Okunma
3
Beğeni
1.140
Görüntülenme

Hakkında

1998-ci il 19 yanvar tarixində Goranboy rayon Səfikürd kəndində anadan olmuşdur. 2015-ci ildə Səfikürd kənd tam orta məktəbinin məzunu olmuşdur. Hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” fakultəsində təhsil alır. Həvəskar şairin şeirləri “Mübariz” qəzetində, “Laçın yurdu”, “Ulduz” jurnallarında, “Goranboy” almanaxında və bir çox internet portallarında dərc olunmuşdur. “Bağışla” kitabının müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin layihəsi olan “3-cü Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
Ünvan:
Şair
Doğum:
19 Ocak 1998

Okurlar

3 okur beğendi.
5 okur okudu.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Axşamüstü piyada
Sübhdən dua edirəm, ovcuma su yığanda, günəşə əl eləyib səhər evdən çıxanda, reklam lövhəsindəki gülən qıza baxanda, elə bilirəm, gələcəksən... Çək günəşi şəhərin yuxulayan gözündən, ay işığı dənizdə, su şəhərin dizindən, səni yenə görürəm göyün ay bənizində, elə bilirəm, gəlmisən... Kafedə soyuq çaxır, dilimlənmiş almalar, eyni yer, eyni masa, gəlib-gedən adamlar, hər şey eləcə köhnə, hər şey eləcə... amma... gözlədim, gəlmədin... İşığı yanan evlər, magistral, səkilər, yorulan qarışqalar evlərinə çəkilər, qulağımda mahnılar, telefonda şəkillər; ümid var - gələcəksən!
Şiir
Balvedəki Məryəmə məktub
Bu şəhər unutdu Bakı olmağı, dönüb bir sən oldu durduğu yerdə. Neçə illər imiş qadın qururmuş Allah bu şəhəri qurduğu yerdə. bu şəhər Allahın Məryəmi bəlkə, bəlkə buna görə, məhz buna görə, "bakirə” sözünə yaxındı Bakı. Uzun binaları uzun saçların, qala divarları qolların kimi, əllərin kimidi – soyuq və tərli. Qolların qaldırmır bu tənhalığı, qolların gücsüzdü, zəif vətərli. Əzizim, qadınlar ağlamır heç vaxt, sevinirlər... ayrılıq onları yenidən və yenidən Məryəmə çevirir, və beləcə davam edir, bütün bakirələr Bakı olmağa. Gəl, qayıt öz qızını qaladan atan şəhərə, sonra həmin qalanın altında yumşaq yastığında yatan şəhərə. Qayıt...
Şiir
Reklam