Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

675 syf.
·
Puan vermedi
·
28 günde okudu
Hardasa 2-3 ay bundan öncə bir tanışımla söhbət əsnasında bu kitabdan söz düşdü. Mənə dedi ki, nə vaxtsa bir kitab oxuyub, həmin kitabda 60-65 yaşdan yuxarı nəsili qırmaq və insan sayını azaltmaq məqsədilə bir virusun yayılacağı yazılmışdı. Adının "Gözəgörünməz əl" olduğunu xatırladı, amma üz qapağının bu şəkildə olmadığını bildirdi. Fikirləşdim ki, onun oxuduğu başqa nəşriyyatdan olduğu üçün üz qapaqları fərqli ola bilər. Lakin Ralf Epperson'un dilimizə tərcümə edilmiş tək kitabı var, bu da yalnız "Qanun" nəşriyyatına məxsusdur. Kitabı aldım və nəhayət 2 aydan sonra bugün bitirdim. Çox maraqlıdır ki, heç bir səhifəsində virusla bağlı mövzu ilə rastlaşmadım. Mən çox diqqətli oxumuşam, əminəm ki, bu kitabda həmin mövzu ilə bağlı heç nə yazılmayıb. Kitabı bitirdikdən sonra maraqlandım, müəllifin virusla bağlı iddiaları 1989-cu ildə çap olunmuş "The New World Order" (Yeni dünya düzəni) kitabında qeyd olunub. Həmin kitabın isə dilimizə tərcümə olunmuş versiyası yoxdur. Ralf Epperson'un "The New World Order" kitabında 2020/21-ci illərə dair virus iddialarından bir neçə hissə: 1-ci mərhələ: Soyuqdəymə, qrip, yüngül simptomlar. Kütləvi paranoya, ölüm şəhadətnamələrinin dəyişdirilməsi, digər xəstəliklər də daxil olmaqla bütün ölüm səbəblərinin Covid-19 olaraq təsnif edilməsi. 2-ci mərhələ: Qida çatışmazlığı, sosial distansinqlər, maska və karantin. İmmunitetə daha çox təsir göstərəcək bir xəstəlik. Bu, Covid-19 adlandırılacaq. Hər kəs peyvənd olunana qədər daha çox ölüm halları yaşanacaq. 3-cü mərhələ: Əgər böyük kütlə peyvəndə müqavimət göstərərsə SARS/HIV/MERS virusundan azad olunacaq. Bu vaksinasiya bir xilas olacaq və insanları vaksinasiyaya sürükləyəcəklər. Kimlər ki, vaksinasiyaya razı olacaq, onlar öz yaşayışlarını normal davam etdirəcək, kimlər ki, razı olmayacaq, onlar üçün anarxiya yaranacaq, işləri çətinləşəcək və hər bir şeydə problem yaşanacaq. Gələk, müəllifin digər kitabı, oxuduğum "Gözəgörünməz əl" kitabına. Ralf Epperson tarixdə baş vermiş bir sıra mühüm hadisələri təsadüf nəticəsində yox, əvvəlcədən planlaşdırılan və məqsədyönlü təşkil olunan hadisələr kimi görən tarixçi, yazıçı və mühazirəçidir. Bu kitabda kommunizm, masonluq, marksizm, inqilablar, Rotşildlər ailəsi, doğumun idarə olunması, abortlar, hər iki dünya müharibəsi, dünya hökuməti, gizli cəmiyyətlər, elm, təhsil, müharibə, sülh, humanizm və s. kimi mövzular, zəngin materiallar və faktlar təfərrüatı ilə yazılıb. Sadalanan mövzularla bağlı geniş məlumatlara sahib olmaq istəyənlər üçün məsləhətli kitabdır. Ancaq müəllifin əsas məqsədi bir növ Sui-Qəsdçilərin - dünyanı idarə edən gizli təşkilatların məqsədini və sirrlərini ifşa etmək, oxucuya həqiqətləri agah etməkdir.
Gözəgörünməz Əl
Gözəgörünməz ƏlA. Ralph Epperson · Qanun Nəşriyyatı · 20149 okunma
·
66 görüntüleme
Agil okurunun profil resmi
Çox gözəl incələmə olub :) Müəllifin sırf bu proseslərin gedişatı barədə olan fikirlərinin maraqlı olduğunu demişdiz, ona görə də incələməni gözlüyürdüm və də mənbələri paylaşsanız sevinərəm ) Bir dönəm bu tərz kitablar geniş maraq dairəmdə idi, bəlkə də ən başlıca maraq idi) Amma indi elə düşünmürəm, ümumiyyətlə bunların fərqində olmaq bizim üçün nə ifadə edir? Çünki mübarizədən çox kənarıq, mübarizənin o nöqtəsində deyilik. İbtidai formada olsa da, Maltusdan bəri bu ideyalar mövcuddu. Ola bilər ki, yazarın təcrübəsi və araşdırmaları daha geniş olsun və daha ciddi dəlillərlə məsələlərə toxunsun, amma yenə də biz bu məsələnin hansı hissəsindəyik? Sadəcə statistika, yoxsa?
Əhmədova Gülarə okurunun profil resmi
Biz bu məsələnin tam da mərkəzindəyik) Sadəcə bizim ətrafımızda cərəyan edən, planlaşdırılan məsələlərin heç birindən məlumatlı deyilik. Ralf Epperson'un da öz oxucularına çatdırmaq istədiyi fikir budur; dünyanı idarə edənlər, bir növ biz insanları idarə edir və biz idarə olunuruq. Virusla bağlı öncədən yazılmış çox mənbələr, dəlillər var. Maraqlısı odur ki, heç birində bunları edənlərin kimliyi və məqsədləri yazılmır. Bütün bunları aydınlaşdırmaq isə qalır bizim öz düşüncələrimizə. Ancaq fikirləşirəm ki, əslində bir səbəb araşdırmağın da heç bir mənası yoxdur)
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.