Məşhur psixoanalitik Walter Langer yazırdı ki, onun nəzəriyyəsinə görə, Hitler özü dörddə bir Yəhudi və Rotşildin nəvəsi idi. Langer bildirirdi: "Hitlerin nəsil şərəcəsinin tətqiq olunmasında çox böyük qarmaqarışıqlıq var. Adolfun atası - Aloiz Hitler, Mariya Anna Şiklqruber'in qeyri-qanuni oğlu idi. Belə hesab etmək qəbul olunub ki, Aloizin atası İohann Georq Hidler idi..."
Aloizin atasının İohann Georq Hidler olduğu fikrinə kimlərsə böyük şübhə ilə yanaşır. Məsələn, Tysenn və Koehler bildirirlər ki, Avstriyanın Kansleri, Kansler Dolfuss Avstriya polisinə Hitlerin ailəsinin ciddi araşdırılmasını əmr etmişdi. Bunun nəticəsində məxfi sənəd hazırlanmışdı və bu, Mariya Anna Şiklqruberin Vyanada yaşayarkən hamilə qaldığını sübut edirdi.
Həmin dövrdə o, baron Rotşildin evində xidmətçi işləyirdi. Hamilə olduğunu baronun evində aşkar edən kimi, o evə, Spitala göndərildi və Aloiz də elə burada doğuldu.