Gönderi

6/10
·656 syf.··
2021 8. kitabı
Victor Hugo - Notre-Dame’ın Kamburu Neçə gündür oxuyub heç cür bəyənə bilmədiyim əsəri axırı ki bitirdim.Bizim insanlar Notre Dame Katedralı yananda o qədər qəm dəryasına qərq olmuşdular ki az qalırdılar ki gedib katedralı təzədən tiksinlər.Üstəgəl bu kitabı da yaman tərifə boğmuşdular.Mən də dedim ki hər halda məni məndən alıb geri verməyəcək olan əsər budur.Amma Hüqonun bu kitabı heç birini bacarmadı.Şişirdilmiş kitablar siyahımda ilk sıralara girməyi bacardın, əziz kitab. Hüqonu da qınamıram, daha çox şair və dramaturq olduğundan nəsr onun əlində elə də axıcı alınmır.Əsər haqqında biraz araşdırma edəndə əslində roman janrının yeni konsepti “Epik Teatr” olduğu ortaya çıxır.Ona görə də əsəri oxuyanda romandan çox dram və ya tragediya ab-havası aldım.Bunun nəticəsidir ki teatr və filmlərə bu əsər daha təsirli formada inteqrasiya olunub. Əsərin ən yorucu tərəfi isə memarlıq idi.Onsuz da Parisin keçmiş dövrlərindən bu tərəfə olan təsvirləri yaddaşlarda qalacaq bir nüans deyil.Hətta əsərə yersiz uzunçuluq və yoruculuq gətirib.Təsəvvür edin ki bu hissələri çıxarsaq əsər daha axıcı və dramatik alınır.Hüqonun elə əsl məqsədi də bu qotik memarlıq üslubunun yox olmasına qarşı üsyandır.Amma fikrimcə iki mövzunu bir-birinə qataraq həm oxucu üçün süjet daha sönük alınıb, həm də memarlıqla bağlı nüanslar əsərin sonlarına doğru artan dramatiklik içində batıb gedir.Beləliklə əsər nə öz qayesi olan qotik memarlığın vacibliyini, nə də ki əsərin dramatik hekayəsini tam çatdıra bilməyib. Əsərin xoşuma gələn iki-üç nüansı oldu.Birincisi, XI Louise-ın Bastiliya sarayında olan söhbətləri oldu.Tarixdəki Fransa krallarının zəifliyi və feodallar arasında yetəri qədərincə nüfuzunun olmaması və maliyyə problemləri əsərdə çox gözəl təsvir olunub.Bu da Hüqonun yaxşı dramaturq və o qədər də yaxşı olmayan tarixçiliyindən irəli gəlir.(15-ci əsrdə heç izi-tozu olmayan Ermənistan adlı dövlətdən danışan adama yaxşı tarixçi demək ayıb olardı) İkincisi isə sonra doğru artan dramatiklik və tragik sonluq idi.Əsərin bütün sürəti elə son 150 səhifəsində artdığına görə elə ilk başlardakı sıxıcı söhbətlər də unudulur.Tragik sonluq isə nə qədər ağrılı da olsa, sonluğu daha təsirli edib. Üçüncüsü isə bəzi obrazların daha təbii alınması idi.Məsələn Gringoire şair və filosof obrazında çox dolğun təsvir edilib.Bəzən boş-boş danışıqları əsərə az da olsa komediya ab-havası verir.Eləcə də Jehan de Frollo həmin dövrün tələbələrinin pis xüsusiyyətlərini tam olaraq mənimsəyib.Jehanın nitqləri nə qədər vulqar olsa da, əsərdə sanki ən təbii obrazlardan biri.Quasimodo haqqında isə artıq söz deməyə ehtiyac yoxdur.Bütün bədbəxtlik və ağrı-acılarını qozbelində daşıyan adam olaraq yaddaşlarda qalacaq. Əsərdə bəyənmədiyim texniki tərəflər də var idi.Dediyim kimi əsər çox uzanıb və memarlıq hissəsində daha efffüktiv təsvirlər ola bilərdi.Əsərin adı “Notre Dame” kəlməsini daşısa da, daha çox Parisin memarlığına toxunulub.Şəxsən mən katedralı daha yaxşı təsvir edə biləcək hissələr görmək istəyərdim.Bundan əlavə Hüqo həm bu memarlıq hissəsində, həm də sonrakı hissələrdə həddindən artıq uzun cümlələrdən istifadə edir.Uzun cümlələr bəzən fikirlərin təsirliliyini artırsa da, həddindən artıq istifadə sadəcə “cliche” yaradır və əsəri daha yorucu edir.Düzü bunun da olması sürpriz deyil Fransız ədəbiyyatının ən uzun cümləsi “Səfillər” əsəri ilə Hüqoya məxsusdur. Spoiler alert: Quasimodonun sonda Frollonu itələməsi intiqam almaq kimi görünsə də mənə daha çox Quasimodonun öz azadlığını elan etməsi kimi göründü.Daima Frollonub təsiri altında qalaraq ona qarşı çıxmasa da, vicdan borcunu ödəməyə çalışsa da axırda ədalət və sevgi anlayışları Quasimodonun bağlılıq anlayışını üstələyə bildi.Ona görə də heç kimi Allahlaşdırmayın, hamımız insanıq və yaxşılıq etdiyimiz kimi sabah pisliyimiz də ola bilər.Yaxşı insanın səhvini deməyə çəkinməyin, çünki bir yaxşılıq digər yaxşılıqlara zəncir olduğu kimibir pislik də digər pis əməllərə zəncirvari bağlanır.
Edebiyat
Notre-Dame'ın KamburuVictor Hugo · Can Yayınları · 201842,1bin okunma
·
152 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.