Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

197 syf.
8/10 puan verdi
·
4 günde okudu
Onca yoksulluk varken - Böyük insanlıq dərsi "İnsanların hüznü her zaman, en çok gözlerinin içindedir." Bu kitab sadəcə Momo, Madam Rosa və digər obrazların həyatının deyil, yoxsul və cəmiyyətin ən aşağı yerlərində olmasına baxmayaraq sevgi ilə zəngin insanların da hekayəsidir. Kitab obrazları, onların yaşam şəraitlərini gözlər önündə rahatlıqla canlandıra biləcək bir qurğuya malikdir. Həmçinin Momo'nun düşüncələrindən mövcud cəmiyyətin şərtlərinin təhlili də aparılır. Momo'nun baxış tərzindən həyatın bütün çalarlarına, istər məişət, istərsə də mənəvi problemlərə dair düşüncələrə rast gələ bilərik. Bu hekayənin nəticəsi olaraq fikir ayrılıqları, ziddiyyətlər təsirsiz hala gətirilir, inanclar, dinlər bir kənara qoyulur, qayda-qanunlar pozulur, əvəzində isə həyata xoşgörü ilə baxmaq pəncərəsi açılır. Burda bütün münasibətlər saf, təmiz və təbiidir. Bu münasibətlərə sevgi, qorxular, kiçik sevinclər, yumor, sağlam düşüncə tərzi yoldaşlıq edir. Bu insanlar hər şeyə rəğmən hər şeylərini bir-birlərinə fəda etməyə hazırdırlar. Bəzən bizlərin qəhrəmanlara deyil, qəhrəmanlara gərək duymayan insanlara ehtiyacımız var. Sükunət içində həyatdan gəlib keçən və özlüyündə bu qoca dünyaya üsyan edənlərə. Hansı ki bu insanlar dünyanın bütün nöqtələrində bir-birindən xəbərsiz şəkildə eyni problemlərə, eyni dünyaya, eyni düzənə qarşı özlüyündə böyük mübarizələr aparırlar. Tutuna bildikləri çox kiçik şeylər olmasına rəğmən xoşbəxt olmağa çalışırlar. Bütün coğrafiyalarda insanların xoşbəxtlikləri fərqli olsa da, kədəri çox zaman eynidir. Həyatın özlüyündə heç bir rəngi, ruhu, qoxusu yoxdur. Onu boyayan da, şəkilləndirən də bizlərik. Bir-birimizdən xəbərsizcə eyni taleyi bölüşdüyümüz insanlar isə bizim təsəllimizdir. Fərqində olmaq, anlayış, sevgi ilə davranmaq ümidi ilə "Yaxşı əyləndim. Salamat qalın və təşəkkürlər!" (yazarın intihardan öncə vəsiyyətnaməsində yazdığı sözlər) - youtu.be/mMSwgG4UOWo
Onca Yoksulluk Varken
Onca Yoksulluk VarkenRomain Gary (Emile Ajar) · Agora Kitaplığı · 20093,296 okunma
·
379 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.