Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Mümkün qədər daha çox idman, oyun, əyləncə... Qoy insan həmişə kütlənin içində olsun, onda ona düşünmək lazım deyil. Təzə-təzə idman növləri təşkil edin, dayanmayın, təşkil edin, fövqəltəşkil, fövqəlidman! Daha çox şəkilli kitab. Daha çox film. Ağıl üçün qida isə mümkün qədər az. Nəticədə məmnuniyyətsizlik. Nəsə bir narahatlıq. Yollar adamlarla doludur, hamı harasa tələsir, fərq etməz hara. Benzin qaçqınları. Şəhərlər turist düşərgələrinə çevrilib, insanlarsa gah oraya, gah buraya tələsən köçəri dəstəsinə. Elə bil gah qabaran, gah da çəkilən dənizdirlər.
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.