Puan vermedi·288 syf.····Okunma: 06 Şubat 2021 23:14 Özümü çox şanslı hesab edirəm, çünki İlber hocanı 3 dəfə görüb, dinləmək imkanım olub. Sayca oxuduğum ikinci kitabı oldu, ilk tanış olduğum kitabı isə- Gazi Mustafa Kemal idi.
Bir çox insan bu barədə həmfikirdir ki, İlber Ortaylıya məhz bu kitab ilə başlamaq olar. Tarixi araşdırmaları bir kənara, bu kitab daha ümumi xarakter daşıyır, oxuyarkən yaxud dinləyərkən sanki, hoca ilə söhbət edirmiş kimi hiss edirsən.
Bir qayda olaraq deyə bilmərək ki, professorun bütün fikirləri ilə razıyam, razı olmadığım bir çox məqam var. Çox haqlı olaraq o bilik və bacarıqlara əsaslanan təhsil modelini təklif edir, amma bəzi məsələlərdə qoyduğu yaş sərhəddi ilə qəti sürətdə razı deyiləm. Kitab bir xeyli tənqidə əsaslanır və oxucunu qismən ümidsizliyə düçar edə bilər. Odur ki, emosional intellekti aşağı olan insanlarda depresiv əhval yarada bilər.
Amma hər halda dahi bir şəxsiyyətin belə səmimi kitabını oxumaq böyük lütfdür.
Xoş mütaliələr