Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Cavan və şux Avropa öz fındıq burnunu qırışdıraraq vaqonun pəncərəsindən axsaq və donqar Asiya qarısını təkəbbürlə seyr edir. Tarixdə bir qırpım olan bu vəziyyət onların hər ikisinə də əzəli və əbədi görünür. Cavan özünəvurğun Avropa ağlına belə gətirmir ki, indi seyr etdiyi bu üzüqırışıq küp qarısı vaxtı ilə ipə-sapa yatmayan, məğrur, cəsur bir gözəl olub: qarının qatarın qabağına satmağa çıxardığı olan qalan qızıllar bir zamanlar onun uzun və yaraşıqlı boynunu bəzəyib. Onun şaqraq səsini qədim Ellada və Misir müdrikləri dinləyib.
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.