SPOİ mövcuddur!!!
Dahi Şekspirdən oxuyub valeh olacağımı düşünüb, lakin sonda "Bəxt üzüyü" filmindən " Moşu, ekalogiya budu?" replikini xatırladığım kitab) Dünyada sevgi deyende xatırlanılan, insanlari riqqətə gətirən "Romeo ve Cülyetta" budur?
Romeo Cülyettaya aşiq deyildi, iflah olunmaz aşiq Romeo bu hissin özüne aşiq idi. Ona sadəcə bu hissləri cismaniləşdirmək üçün qadın lazım idi. Lakin Şekspir bunu edərkən sevgini bəsitləşdirdi.
"Romeo ve Cülyetta"
Məncə, kitabın məğzi Romeo ve rahib Lorensonun məhz bu dialoqundan aydın olur.
Romeo
Sevirem qızını Kapulettinin.
Sizə yalvarıram güldürün bizi
Elə bu gün kəsin kəbinimizi.
Lorenso
Bu nə dəyişiklik, bu nə dönüklük?
Sən nə tez unutdun Rozalinanı?
Bəs sən olmamışdın onun heyranı?
Gənclerin sevgisi görəsən nədir?
Nə qədər göz yaşı axdı bir zaman?!
Nalən duman kimi tutdu səmanı,
Günəş qurutmayıb o ah-fəğanı.
İniltin səslənir qulaqlarımda,
Göz yaşın iz salıb yanaqlarında.
Dəyişdin, unutdun Rozalinanı?
Əgər kişilərdə yoxsa dəyanət,
Neçin qadınları edək məzəmmət?
Romeo
Məni danlamayın bu canlı aftab
Veribdir sevgimə sevgiyle cavab.
O mənim eşqimlə açılan güldü,
Axı, o əvvəlki belə deyildi.
Lorenso
Rozelina yaxşı bilirdi ki, sən
Sevgi sözlərini əzbərləmisən.
Sevgi bu qədər bəsitdirmi? Əvvəl başqa bir qızı sevən Romeo ondan daha gözəlini görüb hüsnünü gecəni aydınladan aya bənzətdiyi Cülyettaya aşıq olur. Dostu Benvolionun Romeoya bu izdirablı eşqden qurtulmaq üçün Kapulettinin evinde verilen şama qatılmağı, Verona gözəllərinə baxmağı ve onların Rozalinadan daha gözəl olduğlarını görməyi tövsiyyə edir. Romeo isə cavabında
......Dünya yaranandan bu günə qədər
Elə bir gözəli görməyib bəşər......
Gedərəm, özgə qız mənə nədir, nə?!
Yalnkız baxmaq üçün onun hüsnünə.
Rozalinaya sevgisini bu sözlərlə bildirən ve yalnız Rozalinaya baxmaq üçün getdiyi şamda ondan daha gözəlini-Cülyettanı görüb ona aşiq olur. Sevgi yalnız gözlərlə məhdutlaşan bir hissdir?
Əsərin məzmun cəhətdən vasatlığı, forma- dil ve üslub xüsusiyyetlerinin vastalığı ile vəhdət təşkil edir. Lakin bunu tərcümə ilə də bağlamaq olar. Əsəri orjinalından oxusaq, bəlkə de, dialoqlar daha təsirli olar.
Son olaraq: Sevginin bu qədər bəsitləşdirilməsinde müqəssir kimdir?
-Rozalinadan daha gözəlini görüb ona aşıq olan Romeomu?. Böyük ingilis dramaturqu Vilyam Şekspirmi?. Bəlkə də əsəri səhv təhlil edən mən?)