Corc Oruell- "Heyvanıstan"
Möhtəşəm bir əsərdir. Oxuduğum zaman niyə gec oxudum deyə özümə əsəbiləşdim. Amma əsas odur oxudum)) İlk öncə deyim ki, əsər çox axıcıdır. Tez bir zamanda bitir. Az olmağına baxmayaraq əsərdə mənalar dərindir. Corc Oruellin "1984" əsərini oxumamışdan əvvəl bu əsəri oxumağı tövsiyə edirəm. Bundan sonra yazdıqlarımda spoiler verə bilərəm) Əsər Stalin rejimini tənqid edir. Heyvanların timsalında insanları əks etdirir. Stalin rejiminin iç üzünü göstərir. Napoleon donuzu da məhz Stalinin prototipidir. Başda qoyulan 7 prinsip sonradan dəyişilməyə başlayır. Snouboll - Troçki, Frederik - Hitleri təmsil edir. Müəllif əsərin sonunu oxuculara buraxır. Bu da insanın həyatının sonunun öz əllərində olduğunu göstərir. Başda da qeyd etdiyim kimi, əsər bütövlükdə möhtəşəm bir əsərdir. Hər kəsin oxumalı olduğu kitab sırasında olmalıdır... Mütləq oxuyun, xoş mütaliələr;))