Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

236 syf.
8/10 puan verdi
·
33 saatte okudu
Fevralın iyirmi beşini iyirmi altısına bağlayan gecə özümü dərk etməyə başladığım gündən bu günə daim boğazımın düyünləndiyi, boğucu günlərdən biridir. Biz 29 ildir ki, Xocalıya ədalət axtarışındayıq. Vüsalə xanım, Əsir Düşərgəsi kitabında 1ci Qarabağ müharibəsi zamanı amansız düşmənin əlinə keçmiş ah-naləsi, ağrı-acısı Allahdan da o tərəfə qalxmış günahsız, əliyalın yurddaşlarımızın yaşadığının qələmə alınmış çox kiçik bir hissəsidir. Həyatımda oxuyarkən səsimin titrədiyi, dözməyib kitabı bağladığım, göz yaşlarımı saxlaya bilmədiyim, nəfəsimin ağırlaşdığı ikinci belə bir kitab olmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsirlərə törədilən işgəncələrə, amansız rəftarlar göz yumması, hər şeyini itirmiş insanların hələ də ümidini itirməyərək çırpınışları, düşmən əlinə keçməkdənsə ölümü üstün tutan gəlin-qızlarımızın cəsarəti, gözü önündə işgəncələrlə öldürülən qocaların ah-naləsi, meyitlərin arasında ata-anasını axtarıb isti nəfəsə ehtiyac duyan körpələrin cavabını kim verəcək, necə verəcək? Kitabın ilk cümlələrindən biri mənim bu məsələdəki mövqeyimi çox gözəl izah edir: "müharibəni unutsan, mütləq geri qayıdacaq!" Xocalı, Qarabağ bizim qan yaddaşımızdır. Biz bunu unutmamalı, unutdurmamalı və heç yorulmadan ədalət axtarışında olmalıyıq.
Əsir Düşərgəsi
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202031 okunma
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.