Gönderi

8/10
·232 syf.··
2021 16. kitabı
·
4 günde okudu
·
Okunma: 24 Şubat 2021 19:59
“Erkeğin Yarısı Kadın, düşsel bir 1984’ten söz etmez. Orwell’in karabasını Çin’de çoktan gerçekleşmiştir.” Əsərin girişində 1984 distopiyasını Çin xalqının real olaraq yaşadığı qeyd edilir. Mədəni İnqilab dönəmində "sağcı" meyllərdən dolayı əmək islah düşərgəsinə sürgün edilən şair Zhang'ın yeni bir yol açan bioqrafik romanı ilk dəfə çap olunanda Çin’də siyasi açıqlığın rəmzi halına gəlmişdi. Eyni zamanda siyasi sürgün, iqtidarsızlıq və yazar tıxanıqlığından əziyyət çəkən şair, islah düşərgəsində gənc bir qadın görür. Huang iki dəfə boşanmış, “kişi-qadın münasibətləri cinayəti” ilə günahlandırılan siyasi məhkumdur. Səkkiz ilin ardından ikisi də sərbəst buraxıldıqdan sonra yenidən qarşılaşır və evlənirlər. Kitabın başlığından da bəlli olduğu kimi Huang yavaş-yavaş Zhang'ın yaradıcılığını və kişiliyini geri qazandırır. Zhang üçün evlilik “keçmişi kəsib atmaq” mənasına gələn siyasi azadlıq aktı olur. Çin'in mənəvi izdirabı, qadın-kişi münasibətləri psixoloji şərhlərlə həm sərt, həm də sürreal olaraq canlandırılır, Zhang'ın sürgün ilə azadlıq, yuxu ilə gerçəklik arasındakı fərqlə bağlı təcrübəsi özü və ölkəsi haqqında ağrılı həqiqətləri çatdırır. Bir nöqtədə dəliliyə yaxınlaşan Zhang danışan bir at, Othello'nun səsi və Marx'ın xəyalı tərəfindən ziyarət edilir. İncil vurğuları, qərb fəlsəfəsi, Amerikan tarixi və Çin ədəbiyyatının təkrarlanan izlərini daşıyan kitab Çinin sərhədlərini aşır və yerli siyasi fəlakətə qlobal önəm yaratmağı bacaran Kundera, Orwell və digərlərinin kitabları sırasına uğurla daxil edilir. Sonda isə “Mezarının başında ağlayanların sayısı fazla olabilir, ama yasını gerçekten tutan tek insan ben olacağım” sözləri Ramiz Rövşənin şeirini xatırlatdı: Bu dünyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq?!
Edebiyat
Erkeğin Yarısı KadınCang Şianliyen · Can Yayınları · 1995146 okunma
·
525 Gösterim
1 Yorum
Kitab təhlillərinin ən xoşagələn hissəsi, başlanğıc və son hissəsidir. Çox maraqlı təhlil idi, xüsusən də sonluğu 👍🏻
Agil
Gönderi Sahibi
Çox sağolun, Gülarə xanım. Təşəkkürlər :)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.