8/10
·336 syf.··
Beğendi
·
2021 22. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Mart 2021 07:12
Zənnimcə Harari hər kəs tərəfindən oxunulmalıdır, bütün fikirləri ilə razılaşmaq məcburiyyətində deyilsiz, amma məsələlərə fərqli bucaqlardan baxmağınıza kömək olacaq. Harari həmçinin `Sapiens: A Brief History of Humankind` və `Homo Deus` əsərlərinin də müəllifidir. Həm kitabda, həm də müsahibələrində davamlı olaraq qeyd edir ki, biz gələcəyi təsəvvür edə bilmərik, odur ki, ona hazırlaşmaq, riskləri analiz etmək heç də asan deyil. Bütün bu sonu gəlməz dəyişiklik, inkişaf və sürət qarşısında etməli olduğumuz `özümüzü tanımaq` və `digər insanlarla işləyə bilmə bacarığı`dır. Odur ki, yenilikçi təhsil müəssisələrində uşaqlara nəzəri bilikdən daha çox tənqidi düşünmə, kreativlik, adaptasiya, emosional intellekt və birgə çalışma bacarıqları aşılanır. Texnologiya, miqrasiya, terrorizm, din, kapitalizm, siyasət, meditasiya, ədalət və bir çox digər mövzular kitabın əsasını təşkil edir. Yəqin ki, bu aralar çox oxuduğum üçün `terrorizm` hissəsindən bir fikri sizinlə bölüşmək isətyirəm. Yuval qeyd edir ki, illərdir terrorizmdən çoxlu insanlar əziyyət çəkir, dünya insan itkisi ilə üzləşir, terrorizmlə maraqlandıqdan və oxuduqdan sonra alqoritmlər vasitəsi ilə ancaq bunu görürük və o bizim diqqət mərkəzimizə çevrilir. Bəs ekosistem? Hər il milyonlarla insan hava çirklənməsindən, ekosistemdəki dəyişikliyə görə dünyasını dəyişir və biz təbiətin balansını pozmağa və onu məhv etməyə son sürət davam edirik və diqqət mərkəzimiz başqa mövzular olduğundan bu vacib məsələyə heç baş da qoşmuruq. Eyni zamanda mən Yuvalın feminizm, azlıqların hüququ kimi məsələlərdə rolunu misilsiz hesab edirəm. Hətta bir müsahibəsində qeyd edir ki, növbəti yazacağı kitab uşaq kitabı ola bilər! Odur ki, həyəcanla gözləyirəm! Xoş mütaliələr! 1000Kitap Destek
1000Kitap
21. Yüzyıl İçin 21 DersYuval Noah Harari · Kolektif Kitap · 20189,1bin okunma
·
17 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.