Puan vermedi·68 syf.····Okunma: 12 Mart 2021 13:24 Wells fantaziyasına heyran olduğum yazıçılardandır. Çünki o qədər detallı, inandırıcı izah edir ki, siz oxuduğunuzda absurdluq yox, reallıq hissi duyursunuz. Məncə müəllif 68səhifəyə çox dərin mövzuları sıxışdırıb. Düzü mən tamamilə başqa sonluq düşünərək oxuyurdum, amma belə bitməsi məni sevindirdi.
`Korlar ölkəsində tək gözü olan insan kraldır`
Həqiqətən də oxuduqca fikirləşirsən ki, görməyən, heç vaxt görməmiş birisinə görməyi necə izah edəsən? Axı onlar üçün görmək məhfumu ümumiyyətlə yoxdur. Lüğətlərində nə görmək, nə də kor sözü var.
Xoş mütaliələr!