Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

144 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 saatte okudu
"Ozan Beedle'ın hikayeleri " J.K.Rowling'in özünün qələmə aldığı sehirli/fantastik hekayələr kitabıdır. "Harry Potter" seriyasının içərisində adı çəkilən kitabları da bildiyiniz kimi Rowling özü qələmə alaraq yayımlayıb. Bu kitabın adı isə "Harry Potter ve ölüm yadigarları "(yəni 7ci kitab) əsərində çox çəkilib və elə adını da Beedle'ın " Üç kardeşin hikayesi" hekayəsindən alıb. Son kitabı oxuyarkən bu bu məni çox həyəcanlandırmışdı və təəssüfki hələ indi oxuya bildim. Kitabın giriş hissəsində qədim əlifbadan tərcüməçisi kimi Hermione Granger olaraq göstərilib. Bunun kimi incə detallara qədər düşünülüb. Hər hekayəyə uyğun olaraq rəsmlər çəkilib və içərisində Albus Dumbledore'un öz qeydləridə əlavə olunaraq daha da mükəmməlləşdirilib. Özümü nə vaxt sıxıntıda hiss etsəm açıb "Harry Potter" izləmək və ya vərəqləmək kimi bir vərdişim var. Bu kitabınsa əlimə çatma zamanlaması əla oldu. "Kaşki balaca bir uşaq olsam, yatarkən biri mənə bu hekayələri oxusa" deyə düşünməkdən də özümü ala bilmədim. Zatən bir oturuşda bitirə biləcəyiniz bir kitabdır. Əgər sizdə mənim kimi qatı bir Potterhead olmusunuzsa bu kitabı qaçırmayın deyərdim. Xoş mütaliələr. P.S.- Kitaba verdiyiniz pul Rowling'in başçılığı ilə qurulmuş, " Lumos- Protecting children. Providing solutions ." dərnəyinə ödənilir. Sırf bunun üçün belə alınar.
Ozan Beedle'ın Hikayeleri
Ozan Beedle'ın HikayeleriJ. K. Rowling (Robert Galbraith) · Yapı Kredi Yayınları · 20184,877 okunma
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.