10/10
·208 syf.··
Beğendi
·
2021 9. kitabı
·
5 günde okudu
·
Okunma: 05 Nisan 2021 19:47
Ray Bradbury-dən ilk dəfədir ki, oxuyuram və bundan sonra hər kitab alış - verişimdə mütləq bir Bradbury olacaq. Çünki “Fahrenheit 451” o qədər gözəl yazılıb ki, hələ də onun təsirindəyəm. Bradbury özü ali təhsil ala bilməsə də, qeyd edir ki, “həyatımı kitabxanalarda keçirtdim, kitabxanalar evim kimi idi”. Kitab sevgisi o qədər böyük olub ki, belə gözəl əsər ərsəyə gətirib. Siz də oxuyun, əminəm sevəcəksiz, hətta kitab oxumağa yeni başlayanlar varsa bu kitabdan da başlaya bilər. Kitablar mənim üçün dəryalardır. Oxuyuram, öyrənirəm, o dünyalara ayaq basıram, yaşayıram, düşünürəm.. kitablara çox bağlıyam. Balaca kitabxanam var və ayda ən azı 2-3 dəfə o kitabları yerini dəyişirəm, övladım kimi baxıram onlara, təsəvvür eləmək istəmirəm ki, nə vaxtsa kimsə onlara qadağa qoyacaq oxumağa və yandıracaq. Yəqin göz yaşım qurumaz. Distopik və bilim-qurğu janrında yazılmış “Fahrenheit 451” bir kağızın hansı dərəcədə yanması mənasındadır. Ray Bradbury bu əsəri bir neçə gün ərzində yazmış olsa da ən çox oxunulan kitablardandır. Nə yaxşı ki, mən də oxumuş oldum. Kitab 1950-ci illərdə nəşr edilmiş olsa da bu günümüz yazılıb elə bil. Hətta daha irəli gedib 2020-lərdən də irəli. Bu bir yanğınsöndürənin hekayəsdir. Təsəvvür edin elə bir zaman gəlir ki, texnologiya ağlımıza gətirə bilmədiyimiz dərəcədə inkişaf edib, insanlar ancaq televiziyaya, boş-boş şoulara yönəlib və kitabxanalar boş, məktəblər yox, kitab oxumaq isə qadağandır. Yanğınsöndürənlər artıq evləri, binaları söndürmür, əksinə əlinə keçən bütün kitabları yandırır, hətta evləri ilə birlikdə. Kitabsız bir həyat və yalnız bomboş beyinlər var. Çünki sən oxusan düşünəcəksən, öyrənəcəksən, özündən sonra gələnlərə mirasın olacaq. Beynində kitablarla gəzəcəksən, yazarlarla danışacaqsan, insanlarla empati quracaqsan. Faydaları o qədərdir ki, say, say bitməz. Düşünün ki, bunları bacarmayan insan necədir? Bu kitab bizə, məhz kitabsız sağlam bir gələcəyin ola bilməyəcəyini mesajını, dərsini verir. Oxuyun, oxutdurun, kitablarınıza sarılın, sevin onları
Bilim-Kurgu
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,4bin okunma
·
67 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Çox gözəl incələmədi👍🏻
Təbəssüm Mustafaeva
Gönderi Sahibi
Çox sağ olun😊