Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

1024 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
"Səfillər- Həyatın özüdür."
İkinci dəfədi oxuyuram bu möhtəşəm əsəri.Hər ikisində göz yaşları  süzülüb gözlərimdən...Dünyada yalnız bir kitab saxlamaq haqqım olsaydı heç düşünmədən kitab rəfimdən " Səfillər" i götürüb bu kitabı saxlayaq deyərdim. Nə vaxtsa yenə oxusam, yenə eyni hisslərlə Jan Valijana heyran olacam. Səfillərə acıyacam. Bacısının ac uşaqlarını doyurmaq üçün çörək oğurlayan və bununla da katorqaya məhkum olunan Jan Valijan...    Viktor Hüqo o qədər dolğun obrazlar yaradıb ki, sözlər belə acizdi fikrimi izah etməyə. Niyə belə möhtəşəmdi Səfillər?! Çünki "Səfillər" həyatı göstərir. Həyatın gerçək bəlkə də iyrənc üzünü.Həm də sevgi dolu digər üzünü. Mütləq oxuyun, bu kitabı oxumadan ölməyin.
Səfillər
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201687,1bin okunma
·
94 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.