Gönderi

96 syf.
10/10 puan verdi
·
Liked
Rus klassikasından oxuduğum yenə möhtəşəm bir kitab. Çexova görə bu pyes gülməli komediya janrında yazılsa da, teatr sənətinin ustaları onu dərin bir dram kimi qəbul ediblər. Pyesin başlanğıcı ağacların çiçək açdığı, yazın təravətinin, gözəlliyinin baş qaldırdığı vaxta təsadüf edir. May ayına. Ancaq sonra yavaş-yavaş mənzərə dəyişir, solğunlaşmağa başlayır. Bahar və canlanmış həyat... sonra baharda qışın çovğunu, rəngsiz, solmuş, bozarmış həyatlar.. iki paralel həyat. “Albalı bağı” zadəgan bir ailənin borclarına görə mülkünü satmasından, müflisləşməsindən gedir. Bu mülk Qayev ailəsinin həyatı idi və birdən o həyat bitir, yaşanmışlar, ümidlər, arzuları, xatirələri bitir. Obrazları müqayisə etsək, hər biri ziddiyətli, fikirləri qarmaqarışıq, həyatdan nəsiblərini almış insanlardır. Lopaxinin həyatı mənə daha maraqlı gəldi, nəinki digərləri. Çünki təşəbbüskardır, əzimlidir. Çalışqanlığı və fədakarlığı ilə Lopaxin həyatda çox şey qazana bildi. Yazıçı əslində, Lopaxin surəti ilə Rusiyanın parlaq gələcəyini təsəvvür edib. Qayevlər isə iradəsiz, pulun dəyərini bilməyən, necə gəldi, hara gəldi xərcləyən, axmaq insanlardır. Heç bir şey üçün səy göstərmədən yaşayırdılar. Tələbə Trofimova görə isə “insan əgər yaxşı yaşamaq istəyirsə çoxlu işləməlidir”. Yaşa obrazının xarakteri, sözləri isə məni əsəb elədi. Özü həyatda heç nə əldə edə bilməyib, amma insanlara qarşı pis fikirləri, hər şeyə gülməsi məni bezdirdi. Əsas da Trofimovla Lopaxinin Dialoqları çox maraqlı idi. Hər kəsə xoş mütaliələr. Oxuyun, oxutdurun.
Albalı Bağı
Albalı BağıAnton Çehov · Qanun Nəşriyyatı · 201816.1k okunma
·
104 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.