Albalı Bağı

Anton Çehov

Comments and Reviews

See All
96 syf.
10/10 puan verdi
·
Liked
Rus klassikasından oxuduğum yenə möhtəşəm bir kitab. Çexova görə bu pyes gülməli komediya janrında yazılsa da, teatr sənətinin ustaları onu dərin bir dram kimi qəbul ediblər. Pyesin başlanğıcı ağacların çiçək açdığı, yazın təravətinin, gözəlliyinin baş qaldırdığı vaxta təsadüf edir. May ayına. Ancaq sonra yavaş-yavaş mənzərə dəyişir, solğunlaşmağa başlayır. Bahar və canlanmış həyat... sonra baharda qışın çovğunu, rəngsiz, solmuş, bozarmış həyatlar.. iki paralel həyat. “Albalı bağı” zadəgan bir ailənin borclarına görə mülkünü satmasından, müflisləşməsindən gedir. Bu mülk Qayev ailəsinin həyatı idi və birdən o həyat bitir, yaşanmışlar, ümidlər, arzuları, xatirələri bitir. Obrazları müqayisə etsək, hər biri ziddiyətli, fikirləri qarmaqarışıq, həyatdan nəsiblərini almış insanlardır. Lopaxinin həyatı mənə daha maraqlı gəldi, nəinki digərləri. Çünki təşəbbüskardır, əzimlidir. Çalışqanlığı və fədakarlığı ilə Lopaxin həyatda çox şey qazana bildi. Yazıçı əslində, Lopaxin surəti ilə Rusiyanın parlaq gələcəyini təsəvvür edib. Qayevlər isə iradəsiz, pulun dəyərini bilməyən, necə gəldi, hara gəldi xərcləyən, axmaq insanlardır. Heç bir şey üçün səy göstərmədən yaşayırdılar. Tələbə Trofimova görə isə “insan əgər yaxşı yaşamaq istəyirsə çoxlu işləməlidir”. Yaşa obrazının xarakteri, sözləri isə məni əsəb elədi. Özü həyatda heç nə əldə edə bilməyib, amma insanlara qarşı pis fikirləri, hər şeyə gülməsi məni bezdirdi. Əsas da Trofimovla Lopaxinin Dialoqları çox maraqlı idi. Hər kəsə xoş mütaliələr. Oxuyun, oxutdurun.
Albalı Bağı
Albalı BağıAnton Çehov · Qanun Nəşriyyatı · 201816.1k okunma
Reklam
96 syf.
7/10 puan verdi
Anton Çexov-Albalı bağı (SPOİLER)
Əsər bir ailənin uzun müddət sahib olduğu malikanənin və albalı bağının satılması və həmin ana qədər ailədə baş verənləri ələ alır. Ömrünün müəyyən bir aralığını bu mülkdə keçirən Ranevskaya Lyubov Andreyevnanın xatirələrinin olduğu bu evə, albalı bağına olan bağlılığı həmçinin qızlarına olan münasibəti də təsvir olunur. Yazıçı sona qədər oxucunu bağın satılmayacağı ilə bağlı cüzi bir ümidin içində azdırır. Əsərin ən bəyəndiyim hissələri son səhifədə yer alır: “Bütün qapıların açarla bağlandığı, sonra isə faytonların yola düşdüyü eşidilir. Aralığa bir sükut çökür. Bu sükut içərisində ağaca vurulan balta səsi, tənha və qəmgin bir ahənglə səslənir… ..Uzaqdan bir səs eşidilir, elə bil bu səs göydən gəlir. Qırılan bir telin cingiltisi kimi həzindən və qəmli səslənir. Aralığa sükut çökür, yalnız uzaqdan bağdakı ağaclara vurulan balta səsi eşidilir.”
Albalı Bağı
Albalı BağıAnton Çehov · Qanun Nəşriyyatı · 201816.1k okunma
96 syf.
8/10 puan verdi
·
Read in 26 hours
Anton Çexov (1860-1904) "Albalı Bağı" əsərində XIX əsrin sonlarında Rusiyada kəndli islahatı nəticəsində insanların həyatındakı dəyişiklikləri bir ailənin timsalında oxucuya təqdim edir. Qayev ailəsinin borclarını ödəyə bilməməsinə görə onların böyük ailə evi, çox geniş və gözəl albalı bağları satışa çıxarılır. Bağı satın alan isə təhkimli kəndli ailəsindən çıxmış bir tacirdir. Dəyişən şəraitə uyğunlaşa bilməyən zəngin ailənin əvvəlki vərdişləri ilə pullarını sovurmaları onların borca düşüb, nəhayət, iflas həddinə çatmağı, evlərinin və bağlarının satılması ilə nəticələnir. Rus ədəbiyyatı sevənlərə tövsiyə edilə biləcək qısa və maraqlı əsərdir.
Albalı Bağı
Albalı BağıAnton Çehov · Qanun Nəşriyyatı · 201816.1k okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.