·208 syf.··Beğendi
···Okunma: 04 Nisan 2021 00:49 Kitab İsmayıl Şıxlıdan oxuduğum ilk əsər idi. Dili axıcı idi. Yazım tərzi olduqca sadə və başa düşülən,obrazlar və təsvir etmə detaylı idi. Ortalarda kitabın siyasətə çevrilməyi məni yordu. Başda qohumluq əlaqələri məni çaş-baş saldı. Kim kimin nəyidi çox qarışıq gəldi mənə. Oxuduqca anladım. Qaynana obrazı dövrün sərt gerçəyini insanın üzünə vururdu sanki. Gəlinə qarşı zəhmi, sərtliyi qorxutdu məni. O da insan deyilmi? Sən də gəlin olmamısanmı? Bu nə insafsızlıqdı? Sadəcə bədbəxtlik olandamı səmimi olmalısan yazığa qarşı?sualları yarandı fikrimdə.
Burdan sonrası SPOİLER ola bilər.
Və Ömər koxanın ilk gəlininin paltarının ucbatından ölümü. Öküzün günahını boynuna yüklədilər, o yükün altından çıxa bilmədi yazıq.
Kitabda ən sevdiyim obraz Mürsəl idi. Amma sanki hekayəsi kitabla uyuşmadı. Günahsız insanlara timsal idi. Ona tam olaraq nə oldu ,niyə oldu anlamadım. Onun hekayəsi çox yarım qaldı.
Və Qaratel... Ahh. Ömər kişinin ölümündən sonra özünü qaradaban adlandırması. Nişanlı ikən nişanlısının ölümü , sonra nişanlısının qardaşı ilə ona toy elədikləri gecə Ömər kişinin ölümü. Bəlkə də o belə düşünməsəydi də insanlar ona bunu düşündürtdürəcəkdilər. İnsanların bu cür düşünməyi və belə şeylərə inanmağına hələ də təəccüblənirəm.
Güllü xanımın(qaynana) sonra gəlini ilə getdikləri vaqonda başlarına gələn isə məni çox hüznləndirdi. Daha doğrusu gəlinin başına gələn. İllər sonra bir körpəsi olur və o körpə tələf olur. Məni burda əsəbləşdirən isə dost var, düşman var cümləsi idi. Gəlinə uşağının yasını da saxlamağa belə imkan vermədi. Bəlkə də buna görə o da tab gətirə bilmədi,canını tapşırdı.
Qısacası kitabın içində öyrənəcəyimiz çox şey var idi. Ümumi olaraq bəyəndim. Xoş mütaliələr ^_^