Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmləri bura yazmaq vacibdir? Yəni adamdan ele bu iki şey qalır? Adı və bu iki tarix? Axı, niyə belə? Axı, əslinə qalsa bu yazıların adamın şəxsən özünə dəxli də yoxdur. Adını özü qoymayıb. Familini də həmçinin, təvəllüdü, ölümü də özündən asılı deyil. Olmaz ki, bura adamın şəxsən özünə dəxli olan şeyler yazsınlar, məsələn, kim idi, bu dünyada nə iş görüb, nə iş qoyub gedib, ya məsələn, tutalım, xasiyyəti necə idi? Kimə nə yaxşılığı, nə pisliyi keçib? Övladı olub, yoxsa yox, öləndən sonra kimi qalıb? Yoxsa quru rəqəmlərdən nə çıxsın?
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.