Sabattin Alinin oxuduğum ilk kitabı idi. Doğurdan da yazarın qələminin çox güclü olduğunu anladım. Yazar insanın düşüncəsini, keçirdiyi hissləri o qədər ustalıqla təsvir etmişdi ki, əsərin obrazlarının hisslərini, içində olduğu psixoloji vəziyyətlərini tamamilə mən də yaşadım. Eyni zamanda, hadisələrin anlatılma tərzi, əsərin axıcılığı məncə mükəmməl idi. Hadisələr səhnələr şəklində gözümdə asanlıqla canlanırdı. Sanki kitab oxumur, hansısa bir filmi izləyirdim.
Əsərin mövzusu təbii ki təsirli idi. Lakin mənim burda diqqətimi çəkən məqam əsərdəki obraz Maria Puder'in cəmiyyətdəki qadın-kişi münasibətləri və bərabərləyi haqqında söylədiyi fikirlər ilə, günümüz cəmiyyətinin əsas problemləri arasında oxşarlıq idi.
Kitabın mövzusunun təsirediciliyi, Raif Əfəndinin keçdiyi həyat yolu, saf sevgisi kitab haqqında danışılması lazım olan əsas şeydir. Lakin bu haqda çox yazıldığı üçün mən yazılanları təkrarlamaq istəmərəm. Amma məncə bu kitabda Sabahattin Alinin anlatmağa çalışdığı kitabın mövzusundan daha böyük bir şeydir.
Xoş oxumalar.
Kürk Mantolu MadonnaSabahattin Ali