Puan vermedi·128 syf.··
2021 6. kitabı
Əsərin əks-inqlabçı ideyalar daşıdığını bilmək üçün dərin siyasi təsəvvürə ehtiyac yoxdur. Fəqət, adətən, siyasi məsələlər haqda söz söyləyən bədii əsərlərin yazıçıları heç özləri də bilmədən siyasətdən çox, ya psixi dərinliyi, ya da sosial ifadə ediciliyi yüksək bir təhlilə toxunur; bəlkə də, uzun bir zehni-mənəvi sərgüzəşt sonunda rast gəldikləri tapıntıdan cuşa gəlir, son nöqtəni sırf bu həyəcanla qoyurlar. Kitab haqda yazılmış bir sıra rəyləri oxumaq şansım oldu və təbii ki, bu rəylərin, demək olar, əksəriyyəti "çox bəyəndim, tövsiyə eləyirəm", "yaxşı ki" oxumuşam tipində idi. Əsəri yazıldığı siyasi dövrdən yola çıxaraq, siyasi cəhətdən şərh eləyənlərə də rast gəldim; açığı, deşifrələmələrdən zövq aldım, lakin oxuduğum hər əsərdəki kimi, - "Görəsən, bu deyilənləri bir ideya altında birləşdirmək olarmı; Bütün əsər hansısa vahid ideyanın məcmusu sayıla bilərmi?" - sualları da zehnimi qurcalayırdı. İdeoloji, mənəvi olan hər şeyin maddi-sosial bərabərsizliklərdən törədiyini və bu bərabərsizlik aradan götürüldükdə ideologiyalara ehtiyac qalmayacağı, nəticədə bu ideologiyaların öz-özündən yox olacağını deyən Karlın Marksın onun adına tarixin ən qatı ideologiyasını çıxaracaqlarını bilmədən öldüyünü düşündüm. Sonra Marks və Engelsin komunizmin kapitalizmin pik nöqtəsindən sonra təbii olaraq gerçəkləşəcəyini, fəqət 20-ci əsr Rusiyasının kapitalizmin pik nöqtəsinə çatmağı buraxın, heç kapitalizmə doğru-dürüst çatmadığı, ancaq yenə də həmin ölkədə kommunist inqlabın baş tutduğunu fikirləşdim. Sanki yazıçı nəzəriyyələrdən yola çıxaraq atılan addımların gözlənilməz nəticələri olacağını deyir və tədqiqatın tədqiqatda qalmalı, təbiətin özbaşına buraxılmalı olduğunda israr edir. Marksın müdafiə etdiyi baxışlardan biri dünyanın sadəcə şərh olunmaqla qalınmaması, habelə onun bu şərhlər əsasında dəyişdirilməli olduğuydu. Bulqakov isə bunun əleyhinədir, ancaq tədqiqatların davamını mühüm görür, özü bir həkim olsa da, əsərdə bir insan olan həkimin yenə bir insan olan digər bir insanın yaraladığını sağaldarkən, qaş güzəldəndə göz çıxardığı - "xəstə"nin vəziyyətini yaxşılaşdırmaq əvəzinə ağırlaşdırdığı, yəni kommunistlərin kapitalistlərin yaraladığı proletariatın (erkən kapitalizmdə yeməyə yeməyi güclə tapan yoxsul işçilərin) halını yaxşılaşdırmaq əvəzinə, onları ölümdən betər elədiyini də deməkdən qalmır. Yəni (əsərdəki simvolik mənası ilə) həkim olmalıdır, ancaq təbiətin taleyini dəyişməyə yox, qarşısındakı xəstəyə yardım etməyə çalışmalıdır. O cümlədən kommunistlərin ideologiyası kimi sosial bərabərliyi şərt olaraq qoymuş cərəyanlara da göz düzəldəndə qaş çıxarırlar, halbuki "Burada nə üsul yeri var ki, - [...] izah etdi, - çətin iş deyil. Yoxsa bir nəfər yeddi otaqda yaşayır, 40 cüt şalvarı var, o biri küçələrdə sülənib zibil yeşiklərində özünə yem axtarır".
Siyaset
İt ÜrəyiMihail Bulgakov · Qanun nəşriyyatı · 025,7bin okunma
·
70 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.