Gönderi

314 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Siz onlara yaşamı veriyorsunuz, onlar size ölümü. - Goriot baba
Balzakla ilk tanışlığım məsləhətlə oxuduğum bu kitabla başladı və yaxşı ki, oxudum dediyim kitablar sırasına daxil oldu. İl başlayandan bu yana bitirdikdən sonra məni həyatı sorğulamağa məcbur edən, sözlə ifadə edilə bilməyəcək hislər yaşadan və bitirdikdən sonra qəribə bir boşluq yaradan kitablardan biri daha.. (Digərləri
Martin İden
Martin İden
,
İvan İliçin Ölümü
İvan İliçin Ölümü
vs) Mövzusuna gəldikdə isə əsər müxtəlif obrazların xarakterləri, qarşılıqlı münasibətləri  ( hansı ki, bu insanlar kimi azı bir nəfər tanıyırıq) əks olunub. Baş obraz Qorio ata qızlarını çox sevən, ömrü boyu onların hər nazına qatlanmış, istədikləri hər şeyi əldə etsinlər deyə çox çalışmış biridir. Təbii ki, bir atanın övladlarını sevməsi qədər təbii və gözəl bir şey yoxdur. Amma o son səhnədə "kaş çox deyil də, kifayət qədər sevərdin Qorio ata" dedim. Nizami Gəncəvinin dediyi kimi "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verər o da." İstər maddi, istər mənəvi hər şeyin qədərində olması şərtdir məncə. İnsanlara verdiyimiz dəyər, sevgi, etdiyimiz fədakarlıqlar da bir yerə qədər olmalıdır və fikrimcə həddən artıq dəyər insanın özünü dəyərsizləşdirir. Mən də kitabı hər kəsə tövsiyə edirəm..Xoş mütaliələr..
Goriot Baba
Goriot BabaHonore de Balzac · Can Yayınları · 201714,7bin okunma
·
101 görüntüleme
admiral914 okurunun profil resmi
2ci abzas ++++çox doğru
Səkinə İslamova okurunun profil resmi
👍🏻👍🏻👍🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.