Puan vermedi·264 syf.··
Beğendi
·
2021 4. kitabı
·
1 saatte okudu
·
Okunma: 15 Haziran 2021 00:18
Sabahattin Alinin qələmi ilə tanışlığım "Kürk mantolu Madonna" əsəri ilə olmuşdu. Yazıçının ikinci oxuduğum kitabı isə "Kuyucaklı Yusuf" əsəri oldu. Fikrimcə hər iki əsərdə müəyyən qədər oxşarlıq vardı .Yəni hər ikisində də insan həyatının necə də çarəsizliklərlə dolu olduğu göstərilir. Kitabı oxuduqca ətrafımızda rastlaşdığımız, hətta öz başımıza belə gələn haqsızlıqlar öz əksini tapır. Hadisələri bədii ifadə vasitəsilərinə ehtiyac olmadan olduğu şəkildə qeyd edir yazıçı və bu əsəri daha da təsirli edir. Sözsüz ki, haqsızlığın hər hansısa bir bədii ifadələ vasitələri ilə göstərilməsinə ehtiyac da yoxdur. Kitabda eyni anda bir çox fərqli nüanslara toxunulur. İki insanın arasında ki, sevgidə hörmətin, güvənin necə mühüm olduğunu, valideynlərlə övlad arasında ki, münasibəti, insanın uşaqlıqdan bəri yaşadıqlarının onun xarakterinin formalaşmasında necə rol oynadığını görmək mümkündür. Eyni zamanda insanların pula görə necə satıldığını və bir insan həyatının necə də ucuz tutulduğunu yazıçı gözlər önünə sərir. Kitabın sonunu mən şəxsən fərqli düşünürdüm və yanıldım. Amma hər son bir başlanğıcdır, önəmli olan həyatın bütün çətinliklərinə qarşı dik durmaqdır və mübarizə aparmaqdır. Bunu Yusuf obrazında aydın bir şəkildə görmək mümkündür. Düşünürəm ki, bu əsər Sabahattin Alinin oxuduğum son əsəri olmayacaq...
Sabahattin Ali
Kuyucaklı YusufSabahattin Ali · Ataç Yayınları · 2019210,8bin okunma
·
95 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.