Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

976 syf.
9/10 puan verdi
"Səfillər" də həcmiylə məni ürküdən əsərlərdən biri idi. Siz heç səfil olduğunuzu etiraf etmisinizmi özünüzə? Ya digərlərinin səfalət çəkdiyinin şahidi olubsunuzmu? Kimisi varlıq içində səfalət çəkir, kimisi yoxluq. Siz heç vicdan səfili gördünüzmü? Sizin gördüyünüz hər səfilin üstü-başı toz, paltarları kör-köhnə idimi? Sevgidən, vicdandan, insanlıqdan, mərhəmətdən, insan qəlbini min bir sevincə bürüyən o hislərdən səfalət çəkən nə qədər insan var halbuki. Kitabı oxuyarkən Jan Valjanın vicdanı təmsilini necə möhtəşəm şəkildə qələmə aldığını görürük Hüqonun. Tarixi hissələri bir çoxlarını( içi mən qarışıq) yorsa belə o tarixi hissələrin sonda hadisəylə necə ustalıqla əlaqələndiyini görmək mümkün idi. Hər xarakter ustalıqla işlənmiş, həyatın hər üzünü özünəməxsus üslubu ilə qələmə almışdır Hüqo. İstər müharibənin sərt üzü, istər yoxsulluğun insanları nələrə sürüklədiyi, istər sevginin cənnətdəymiş kimi hiss etdirdiyi, istərsə də ümidsizliyin hansı səfalətlərə yol açdığı, vicdanın insan həyatında, insanlıqda nə qədər mühüm olduğu kitabda qələmə alınıb. Fantina aldadılan gənc qızların, nəyin bahasına olursa olsun, övladı üçün yaşam uğrunda mübarizə aparan bütün qadınların timsalı idi. Onun qızı kozetta.Ah,Kozetta. Səni hansı sözlərlə ifadə edəcəyimi bilmirəm. Sən saflığın, qızların böyüyərkən hansı hislər keçirdiyinin, gözəlliyin, yetkin qadının, məsum sevginin ən gözəl obrazı idin. Marius hər cəhəti ilə qəribə, eyni zamanda doğmalaşan obrazlardan idi)) Javerin iş əxlaqına heyran qaldım və sonu məni olduqca hüznləndirdi. Tenardye kimilər isə nə qədər var-dövlət içində üzsələr belə daim səfalət çəkəcək insanlardı, bunu anladım. Jan Valjan ümid işığımdır. Haradasa bir yerlərdə o vicdanda insanların olması qəlbimi çiçəkləndirir. İnsanlıq Jan Valjana həsrət qalıb. Vicdan Jan Valjan'lar üçün darıxır. Tanıdığım ən mərd, ən ülvi obraz. Hüqonun elm haqqında düşüncələrini də sevdiyimi deməsəm olmazdı. Nə xoş mənə ki, "Səfillər"i oxumuşam.
Səfillər
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201687,1bin okunma
··
3.872 görüntüleme
İsazadə Şövkət okurunun profil resmi
Kitabı oxuyandan sonra incələməni oxuyacam, indi like edim sadəcə
Bu yorum görüntülenemiyor
bookss okurunun profil resmi
Çox oxumaq istədiyim əsərlərdəndi. İncələmə daha da məndə maraq oyatdı 🙄🙄
Miss Eden okurunun profil resmi
Düzgün zamanda və ən əsası səbrlə oxusanız mütləq ki, bəyənəcəksiniz🤍ümid edirəm oxuyarsınız bir gün😍
Samiq okurunun profil resmi
Uşaq yaşlarından "Səfillər" adını, kitabın qısa məzmununu, cizgi filmi və s. haqqında çoxumuz eşitmişik. Kitabın səhifələrinin çoxluğu, əsər haqqında cüzi məlumatlılıq bir növ başlamamaq üçün bəhanələr yaradır insanda. Ama başlayınca mənə görə əsərin sehri ilə bir müddətlik hər şeydən təcrid olursuz. Hər yaşda oxuyucunun ayrı bir dərs çıxara biləcəyi, təkrar oxuyanda qaçırdığınız məqamların olduğuna əmin olacağınız bir əsər. İncələmənizlə gəlın yenidən oxuma istəyi 🌿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.