Gönderi

256 syf.
8/10 puan verdi
Uzun müddət idi ki, Woolfun qələmi ilə tanış olmaq istəyirdim amma heç cürə alınmırdı. Axır ki bu ay qərarımı qətiləşdirdim və bir neçə günlük bir səyahətə çıxdım onunla. Kitabı bəyəndim mi? Bəyəndim. O çox bilinən "oxumadan ölməyin" siyahısına daxil etmirəm amma yenə də bir çox məsələyə toxunan və öz dövrü üçün olduqca möhtəşəm sayılacaq bir əsərdi. Hələ ki, yazıçının qadın olduğunu düşünsək bir az da cürətkar. İndi olsa, elə də qeyri-adi olmaz amma o dövrdə fikirlərini aydın bir şəkildə izah etməyi bacarmağın özü ayrıca bir xüsusiyyətdir. Kitabda mütləq ki özünüzə yaxın olan biri olacaqdır. Hətta bəlkə də birdən daha çox. Düşüncələr qeyd olunduğu üçün olduqca səmimi və saxtakarlıqdan uzaqdır. Düzdür, ani keçidləri bəzən yorucu ola bilir, xüsusilə də bir obrazı dərin bir şəkildə hiss etmişkən tamam fərqli bir obraza keçid etməsi bəzən əsəbləşdirir insanı, amma yenə də zövq aldım. Digər tərəfdən düşünürəm ki, Mr. Dallowayə yetəri qədər yer verilməyib. Başqaları tərəfindən təsvir olunub çox hissədə lakin öz hissləri elə də öndə deyil. Kitabın yazı stili düşüncələrin təsviri və sairə fərqli idi amma əgər hərəkətli və çoxyönlü hadisələrin yer aldığı kitabları sevən birisinizsə oxuyarkən nisbətən sıxıla bilərsiz. İnsanı "aaa" dedirdən bir şeyə rast gəlinmir. Elə ən başdan bunu nəzərə almağınız daha yararlı olar. Gözləntilərinizi elə saxlayın ki, xəyal qırıqlığı yaşanmasın)
Mrs. Dalloway
Mrs. DallowayVirginia Woolf · İndigo Kitap · 20194,634 okunma
·
266 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.