Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

94 syf.
5/10 puan verdi
·
6 saatte okudu
Kitab 6 ədəd qısa hekayədən ibarətdir: - Yaşamak Hırsı - Beyaz Issızlık - Meksikalı - Ateş Yakmak - Altın Damar - Yüz Karası Jack London, bu kitabında Amerikanın qərb və şimal hissələri arasındakı ərazilərdə baş verən hadisələrdən bəhs edir. İlk iki hekayə (“Yaşamak Hırsı” və “Beyaz Issızlık”) dondurucu hava şəraitində həyatda qalmaq üçün aparılan mübarizə ilə bağlı idi. Meksikalı - bu hekayəni digərlərinə nisbətən daha çox sevdim. “Ateş Yakmak” da həmçinin, maraqlı idi. Altın Damar - bu da bildiyimiz kimi o dönəmlərdə insanlar Amerikanın bir çox ərazilərində qızıl axtarışı ilə məşğul olurdular ki, bu da onunla bağlı bir hekayə idi. Yüz Karası - bu hekayəni isə sona kimi oxuduqdan sonra anlaya bildim. İşgəncə ilə öldürülən insanlar var. Ancaq bir şəxs var ki, bu işgəncə ilə ölmək istəmir. Yəni ani bir zərbə ilə ölmək istəyir. Ona işgəncə ilə ölmək çox pis görünür. Çünki ölümdən qorxmasa da, işgəncə zamanı aciz bir şəkildə acılar içində qıvranarkən öldürməmələri üçün yalvaracağını bilir. Və bunun üçün də maraqlı bir yol taparaq, işgəncəsiz bir yolla özünü öldürtdürə bilir. Tövsiyə etmirəm, amma oxumaq istəyənlər oxuya bilər. :)
Yaşamak Hırsı
Yaşamak HırsıJack London · Varlık Yayınları · 19611,393 okunma
·
664 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.