Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
9/10 puan verdi
·
4 saatte okudu
QORXU-ƏN ƏZABVERİCİ DUYĞU!
Stefan Zweig  ilə ilk tanışlığım Olağanüstü gece kitabı ilə olmuşdu. Bu kitabı bitirdikdən sonra Zweig kitablarını oxumağa davam edəcəyimdən əmin idim. Qorxu isə oxuduğum ikinci kitabı oldu. Obrazların mənəvi, psixoloji dünyasını, keçirdikləri emosiyaları 80 səhifəlik kitabda Zweig bizə böyük ustalıqla təqdim edir. Kitabın səhifələrinin sayı az olsa da, hər səhifənin daşıdığı dərin məna yetəri qədər çox idi. Hadisələr İrene adlı baş qəhrəmanımızın keçirdiyi mənəvi-psixoloji emosiyalarla bağlıdır. Həyatında xoşbəxt olmaq üçün yetəri qədər səbəbi olan İrene əslində, həyatın tək istiqamətliliyindən, rəngsizliyindən sıxılırdı. Bu sıxıcı həyata rəng, həyəcan qatmaq üçün o, həyat yoldaşına xəyanət etməyi seçir. Beləliklə, İrene'nin böyük qorxuları başlayır... Heç gözləmədiyi anda qarşısına çıxan yoxsul qadın, İrene haqqında yetəri qədər məlumata sahib idi. O irene'nin adını, ünvanını və böyük sirrini bilirdi. İrene'nin kabuslarına çevrilmiş qadın, getdiyi hər yerdə onun qarşısına çıxır, onu hədələyir, pul tələb edirdi. Bu əzabverici qorxulardan xilas olmağın yeganə yolu var idi... Ölüm! Ah, sürekli izlenerek yaşamaktan kurtulmak, nihayet huzur bulmak, sonsuza kadar huzur bulmak, artık yüreğinin üzerinde korkunun çekicini hissetmemek! Görəsən İrene öz qorxularına qalib gəlməyi bacaracaq? Yoxsa o, qorxularından xilas olmaq üçün öz həyatına son verəcək? Xoş mütaliələr! Hər zaman kitabla qalın!
Korku
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022102,9bin okunma
·
8,3bin görüntüleme
Bu yorum görüntülenemiyor
Sənan Ali okurunun profil resmi
oxumaq istədiyim kitab idi. sopiler olacağından qorxdum.
Nurlana İsmayılova okurunun profil resmi
Mümkün qədər spoiler verməməyə çalışdım. 😊
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.