9/10
·592 syf.··
Beğendi
·
2021 63. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Haziran 2021 13:33
29 iyun, bu gün Nigar Rəfibəylinin 108-ci doğum günüdür! Hər kitab öz vaxtına çəkər deyə bir fikir var və necəsə hər dəfə bu fikir öz təsdiqini tapır. Kitabı fevralda alsam da oxuyub bitirmək Nigar xanımın ad gününə rast gəldi. Əvvəla ondan başlayaq ki, ANAR “A’nam N’igar, A’tam R’əsul” əfsanəsindən yox, anmaq, yada salmaq sözündən, fikrindən irəli gələrək qoyulub. Günel xanım deyirdi ki, onların ailəsində fərqli ad qoymaq bir adətdir. Kitab 3 (üç) hissədən ibarətdir. Birinci hissə atası Rəsul Rza, ikinci hissə anası Nigar Rəfibəyli, üçüncü hissə adlandıra biləcəyimiz isə xatirə povest, Rəsulun xalası-əmisioğlu yazıçı Ənvər Məmmədxanlı haqqında yazdığı “Həyatım ağrayır”dır. Xarakter etibari ilə içəqapanıq olan Anar, bu əsərdə bütün hisslərini, içəri dünyasını, qorxularını oxucu ilə paylaşır. Əsəri iki il müddətində (1981-83) qələmə alır. Bəzi müəlliflər var ki, siz onları ailəniz kimi hiss edirsiniz, odur ki, Rəsul Rza, Nigar Rəfibəyli haqda oxuduqca, insan doğma nənə-babası barədə əhvalat dinləyirmiş kimi hiss edir. Mən Anarın qələmi ilə tanış olduqca bir sual məni çox maraqlandırırdı. Bu qədər qayğılara rəğmən Nigar necə yazıb yaradıb? Oxuduqca başa düşdüm ki, Nigar mən düşündüyümdən də qayğıkeş, əməksevər, zəhmətkeş ana, həyat yoldaşı, bacı, nənə, vətəndaş, ən sonda isə şair(ə) olub. O sən demə yaradıcılığının heç bir (1 %) faizini belə vərəqə tökə bilməyib. Təbiətən Rəsul Rza insanları, səs-küyü sevirmişsə, Nigar bir o qədər tənhalığa, sakitliyə, yalnızlığa meyilli imiş. Odur ki, Virginia Woolfun “one’s own room” əsəri və ideyası öz təsdiqini tapır. Əsər boyu Anarın çəkdiyi dərin kədər, üzüntü, atasının ölümünü əziz anasından gizlətməsində dilemma duyulur. Bəlkə də yazdığı əsərlər, çəkdiyi Üzeryir Ömrü idi onu bu dərin sarsıntıdan sağ çıxaran. Xülasə, xoş mütaliələr!
Edebiyat
SizsizAnar Rızayev · Yazıçı Nəşriyyatı · 199220 okunma
·
143 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.