Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Cəbhədən qaçan oğlan"
O cəbhədən qaçıb gəldi, gəldi ata evinə Döydü doğma bir qapını o sevinə-sevinə -Ana -Necə qapı açım mən cəbhədən qaçana? -Mən gəldim sizi görüm. -Yox, buna dözməz ana. Sənə Hünər adı verdim, mən arzuma yetmədim. İgid oğul bəslədim mən, fərari böyütmədim. Oğul, qayıt tez cəbhəyə, boyuna qurban olunm, Səni görmək istəmirəm, fərari tək, ay oğlum Gedir cavan... Kor-peşiman... tanış yola düzəlir. Sonra döyür bir qapını... o qapıdan səs gəlir -Kimsən? -Mənəm. -Qaçmısanmı? qız dedi qəlbində qəm: -Mən fərari sevməmişəm. mən qəhrəman sevmişəm. Gedir cavan... Kor-peşiman.. "Bu nə işdir"-deyir o Yolda tanış bir dükanın qapısını döyür o, Bir ucaboy oğlan çıxır, üzü gülər, səsi şən: -Ə, bu sənsən, köhnə dostum Əcəb edib gəlmisən! Olub burda biz şərik bala-bala işlərik. Yol üstündə taxta dükan- şamların kölgəsində Elə məşum haray var ki, küləklərin səsində. O haraya gedirdisə özünə yad sanırdı. Ayağının altda sanki yer od tutub yanırdı. O, hər kəsdən gizlənirdi, qəlbdə günahı,suçu O gündüzlər satıcıydı, gecələr qaravolçu Gör xəyanət edən zaman- necə alçalır insan! Bir gün elə yağış yağdı, şiddətli sellər axdı. Göy şamların zirvəsində odlu ildırım çaxdı Bir də şimşək çaxanda şam da yandı dükan da Hayla gələn vayla getdi bircə anın içində Fərari də külə döndü o dükanın içində Namərd oğul cəbhələrdən qaçıb gəldi, nə gördü? Fərarinin cəzasını təbiət özü verdi. ~
Nəbi Xəzri
Nəbi Xəzri
·
89 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.