Dostoyevskinin dəsti xəttindən çox uzaq, daha çox #stefanzweig ın üslubuna bənzəyən qısa bir əsərlə qarşınızdayam Əslində elə müəllif əsərin önsözündə bu kitabı #deneme adlandırır və bir növ Hüqonun #biridammahkumununsongünü əsərindəki ifadə tərzindən istifadə edəcəyini qeyd edir.
erkən nigah, ehtiyac və möhtac içində olan 16 yaşlı bir qızın 41 yaşlı biri ilə evləndiyi hekayədə, qızın həyatını birinci şəxsin, yəni özünün dilindən yox, həyat yoldaşının xatirələri və yaddaşı hesabına öyrənirik. Bir insanın həyatının, qərarlarının, hətta ölümünün tamamilə başqasının gözündən görmək və dinləmək, heç vaxt həmin obrazdan eşitməmək özü özlüyündə oxucu üçün sadəcə ehtimallar və analizlər nəticəsində qərar verməyinə səbəb olur. Bu isə, Dostoyevski zəkasıdır ki, bu qədər qısa, axıcı və sadə dillə yazılmış bir əsəri oxucu üçün psixoloji, emosional və sosioloji analizə məruz qoyur.
Münasibətləri intihardan öncə çox yaxşılaşdığı, yaxınlaşdıqları halda, həyat yoldaşının intihara vadar edən səbəblərin özündən qaynaqlandığını düşünən kişi suallar içində boğulur və cavab tapmaq üçün çabalayır. Maraqlısı odur ki, o heç vaxt özünə qarşı dürüst olmayıb və özü ilə qəddarcasına rəftar edib.
Kitab klasik əsərlərə, xüsusən də Dostoyevskiyə başlamaq üçün əntiqə seçimdir.
Qeyd: ADA Universitetinin tələbələri @poetryliteratureclub qoşularaq kitaba olan sevgilərini birgə maraqlı layihələrə çevirə bilərlər. Həmçinin @edibinevi -də çox maraqlı layihələr və kontentlə gəlir. Yaxında sizə, bütün kitabsevərlərə şad xəbərimiz olacaq!