Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

223 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Yəhudilərə qarşı edilən soyqırımı ilə bağlı bir neçə film izləmişəm. Bu isə oxuduğum ilk kitab idi. İrqindən, dinindən, milliyətindən asılı olmayaraq bütün uşaqlar günahsız bir mələkdirlər. İstənilən halda uşaqlara qarşı hər cür qəddarlığı şiddətlə qınayıram. Kitabda mənə ən çox təsir edən o dəhşətləri görüb, çox zaman nə baş verdiyini belə anlamaması, küçədə üstü qəzetlə örtülmüş cəsədi yatmış bir kimsə zənn etməsi oldu. Bütün həyat boyu əsl kimliyindən, adından xəbərsiz, kim hansı adla çağırsa , o adı mənimsəyən balaca oğru, ona və onun kimilərə yaşadılanları, unutmur və təsirindən çıxa bilmir. Qocalana, baba olana kimi başına gələnlərini, gördüklərini danışmağa çalışır. Hadisələrin bir uşaq tərəfindən anlatılması əsəri mənə görə çox təsirli və axıcı edib. Çox tanınmış bir kitab olmamasına rəğmən kitabı oxumağı hər kəsə tövsiyə edirəm.
Cennetin Hırsız Melekleri
Cennetin Hırsız MelekleriJerry Spinelli · Klan · 200466 okunma
·
160 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.