Uzun aradan sonra bir nəfəsə oxuduğum kitablardan olan Ötanazi okulu silsiləsi darıxacağım bir dünya kimi mənə əziz oldu.
Nə qədər xəyal ürünü olsa da mənə gerçəkmiş kimi, bir film izlərcəsinə duyğu dolu anlar yaşatdı.
Məsumluq, sevgi, günah, günahdan sıyrılış, fantaziya, gözəllik, çirkinlik, xəyallar, varoluş, yoxoluşu gözə almaq, əsl sevgi, qısqanclıq, ailə, bacı ola bilmək, ana ola bilmək, ata ola bilmək, qardaş ola bilmək və bir çox hissi, duyğunu oxuduqca insana yaşada bildiyi üçün, yazara təşəkkürlər....
Yeşil və Drew nun imkansız sevgisinin necə sonlanacağını nəfəssiz izləyərək, bununla yanaşı baş verən hadisələrlə dolu olan bu film dadında olan əsəri, daha doğrusu bu dörd kitabı oxumağınızı tövsiyə edə bilərəm.